Kanada mətbuatında Leyla Məmmədbəyova haqqında məqalə YAYIMLANIB
Kanada mətbuatında Leyla Məmmədbəyova haqqında məqalə YAYIMLANIB
Kanadanın nüfuzlu "Thej.ca" yəhudi media platformasında "Şərqin ilk təyyarəçi qadınının irsinə ehtiram göstərək" sərlövhəli məqalə dərc olunub.
Siyasi şərhçi Reyçel Avrahamın müəllifi olduğu və azərbaycanlı təyyarəçi qadından bəhs edən məqalədə əksər qadınların həyat yoldaşı və anadan fərqli rolda çıxış etməyə cəsarət göstərmədiyi bir dövrdə Leyla Məmmədbəyovanın təkcə Azərbaycan tarixində deyil, eləcə də Qafqazda, Cənubi Avropada və müsəlman Şərqində ilk təyyarəçi qadın kimi şöhrət qazandığı bildirilib.
Məqalədə vurğulanıb ki, "səmanın xanımı" ləqəbli azərbaycanlı Leyla Məmmədbəyova 1931-ci ildə Cənubi Avropadan Mərkəzi Asiyaya təkbaşına uçan ilk təyyarəçi qadın olub. 1941-ci ilə qədər o, sovet ordusunda yüzlərlə hərbi təyyarəçi və 4000-ə yaxın paraşütçü yetişdirərək, eskadron komandiri rütbəsinə qədər yüksəlib, bütün bunların fonunda altı uşaq da böyütməyə imkan tapıb.
Qeyd edilib ki, İkinci Dünya müharibəsi illərində faşistlərə qarşı vuruşmuş sovet pilotlarını yetişdirən cəsarətli qadın Leyla Məmmədbəyova yaşadığı müddətdə canlı əfsanə və qadınların əlçatmaz saydıqları arzuların rəmzi olub. 1930-cu illərin ortalarında Moskvanın "Oqonyok" jurnalı onun şəklini üz qabığına qoyaraq yazırdı: "Azərbaycan qadını Şərqin ilk təyyarəçi qadınıdır".
Tezliklə onun şöhrəti Sovet İttifaqına yayılıb, cəmi bir neçə il əvvəl adi evdar qadın olan, heç kimdən heç nə ilə fərqlənməyən qadın öz cəsarəti ilə Azərbaycan tarixində silinməz iz qoyub. Müəllif qeyd edib ki, 1931-ci ildə ilk uçuşunu həyata keçirən Məmmədbəyova 1933-cü ildə Nina Kamenevadan sonra Sovet İttifaqında ikinci qadın paraşütçü olub. Vurğulanıb ki, Məmmədbəyovanın və tarixdəki digər ilklərə imza atmış qadınlaırn irsinə ehtiram sərgiləmək çox vacibdir, çünki onların bacardıqları heç zaman adi hal kimi qəbul edilməməlidir.
Məqaləni ətraflı şəkildə linkdən oxumaq mümkündür. /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız