Kapital Bank bu il də "Sibos 2025"də öz stendi ilə çıxış edir: beynəlxalq görüşlərə start verilib

Kapital Bank bu il də Azərbaycanın aparıcı maliyyə qurumu olan Kapital Bank 29 sentyabr tarixində  Frankfurt şəhərində start götürən dünyanın ən nüfuzlu maliyyə tədbiri olan "Sibos 2025"dəki iştirakına başlayıb. Tədbirin ilk günündən etibarən bankın nümayəndə heyəti qlobal maliyyənin gələcəyini formalaşdıran müzakirələrdə aktiv iştirak edir.
Dörd gün davam edəcək tədbir çərçivəsində Kapital Bank-ın beynəlxalq tərəfdaşlıqları gücləndirmək və yeni əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə dünyanın aparıcı bankları ilə bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub. Görüş planlaşdırılan banklar arasında "ODDO BHF", "First Abu Dhabi Bank", "Banco BPM", "Mashreq Bank", "QNB", "Standard Chartered", "Raiffeisen Bank International", "BNY Mellon" və "Bayerische Landesbank" kimi maliyyə nəhəngləri yer alır.
Bu görüşlərin əsas məqsədi mövcud əməkdaşlıqların dərinləşdirilməsi, xəzinədarlıq, ticarətin maliyyələşdirilməsi və beynəlxalq hesablaşmalar sahəsindəki ən son trendlərin müzakirəsi, eləcə də Azərbaycanın maliyyə bazarı üçün yeni imkanların yaradılmasıdır.
Kapital Bank-ın Xəzinədarlıq Departamentinin direktoru Fərid Əliyev tədbirlə bağlı öz fikirlərini bölüşüb: "Sibos bizim üçün sadəcə bir tədbir deyil, qlobal maliyyə ekosisteminin bir parçası olduğumuzu təsdiqləyən strateji bir platformadır. Bu il də tədbirdə çox zəngin gündəliklə iştirak edirik. Planlaşdırdığımız görüşlər beynəlxalq tərəfdaşlıqlarımızı gücləndirməklə yanaşı, həm də ən qabaqcıl təcrübələri və innovasiyaları ölkəmizə gətirməmizə imkan verəcək. İnanırıq ki, bu dialoqlar həm Kapital Bank-ın, həm də bütövlükdə Azərbaycanın maliyyə sektorunun qlobal arenadakı mövqeyini daha da möhkəmləndirəcək".
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – .  / azxeber.com

İqtisadiyyat       Tarix: 30 sentyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kreditinizi Birbank-a gətirin - 6%-dək güzəştlə əldə edin

Digər banklarda krediti olan müştərilər üçün Birbank-ın kredit köçürmə kampaniyasının müddəti uzadılıb. 30 sentyabr 2026-cı ilədək davam edəcək kampaniya çərçivəsində müştərilər digər banklardakı kreditlərini Birbank-a köçürərə

Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb

Qırmızı Ürəklər Fondunun aztəminatlı ailələrdən olan ibtidai sinif şagirdlərinə dəstək məqsədilə həyata keçirdiyi "Onu Oxut" aksiyası yekunlaşıb. 17-31 avqust 2026-cı il tarixində keçirilən aksiya çərçivəsində 70

Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları

Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimlər

Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus

Birbank Taksit kartı istifadəçiləri Sentyabr ayında etdikləri alış-verişlərə görə əlavə 3% bonus qazanırlar. xəbər verir ki, belə ki, 2–30 sentyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kart

Yasamalda hazır mənzil almaq istəyənlər üçün 3 fərqli ödəniş imkanı

Mənzil almaq istəyənlərin düşündüyü əsas məsələlərdən biridə yeni evlərinə nə vaxt köçə biləcəkləridir. Ev seçərkən sahə, otaq sayı vəlokasiya ilə yanaşı, mənzilin hazır olması da qərara təsir edir. Hazır mənzilinüstünlüy

"Azercell" və ADA süni intellekt üzrə praktiki təlim keçirdi

"Azercell"in təşəbbüsü və dəstəyi ilə ADA Universitetinin təşkil etdiyi "AI4Real Bootcamp" intensiv təlim proqramı başa çatıb. Proqram Azərbaycanın, eləcə də xarici ölkələrin universitetlərində STEAM istiqamətlər

Bu şəxslərin maaşı 35 faiz artacaq

Sertifikatlaşdırmadan uğurla keçən 31 min müəllimin maaşına 35 faiz əlavə olunacaq. Bunu Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağıro

Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür

Qlobal neft bazarı yeni təklif şoku ilə üzləşərsə, qiymətləri 180–200 dollar/barel səviyyəsinə yüksəlməsi artıq yalnız nəzəri ssenari deyil. Geosiyasi risklər, strateji ehtiyatların azalması və məhdud hasilat imkanları bazarı

Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək

2026-cı il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, "Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər xeberler bugun 2026 son.xeber xeber.az