Kapital Bank sahibkarlara daha bir onlayn xidmət təqdim edib

Kapital Bank sahibkarlara daha bir onlayn xidmət təqdim edibKapital Bank fiziki şəxslər üçün müqavilələrin məsafədən imzalamaq imkanını təqdim edir.
azxeber.com xəbər verir ki, xidmət çərçivəsində fiziki şəxslərin zaminlik müqavilələri və hüquqi şəxslərin təsisçiləri fiziki şəxs olduqda təsisçi qərarları, həmçinin fərdi sahibkarların kredit, qarantiya, akkreditiv və s. kimi öhdəlik müqavilələri, zaminlik və girov müqavilələriüz tanıma sistemi vasitəsilə banka gəlmədən və əlavə tətbiqdən istifadə etmədən imzalana bilər.
Bu zaman vaxta qənaət olunur, sənədlərin kağız daşıyıcılarda olması zərurəti aradan qalxır, həmçinin bank tərəfindən müqavilənin əlavə təsdiq edilməsi tələb edilmir.İndiyədək digər imza üsullarında mütləq müqavilələr bank tərəfdən təsdiq edilməli, müştəri əlavə olaraq hər hansı bir digər tətbiqdən istifadə etməli, fiziki imza zamanı müqavilələr kağız daşıyıcıda olmalı və müştəri banka fiziki olaraq yaxınlaşma idi. Lakin yeni xidmət vasitəsilə bütün bu qeyd edilən prosedurlara ehtiyac qalmır.Yeni xidmətdən smartfon vasitəsilə də yararlanmaq mümkündür.
Artıq müştərilər bankın filialına yaxınlaşmadan, hətta ölkə xaricində olsalar belə, bank tərəfindən müqavilənin təsdiq etməsini gözləmədən müqaviləni imzalayacaqlar və bununla da imzalanan sənəd qüvvəyə minmiş sayılacaq. Bunun üçün müştərinin mobil nömrəsinə SMS ilə göndərilən linkə daxil olub, əlavə edilən sənədi təsdiq etmək zəruridir.
Qeyd edək ki, Kapital Bank mütəmadi olaraq müştərilərə göstərilən xidmətləri və təqdim edilən məhsulların şərtlərini sadələşdirərək məsafədən həyata keçirilməsi üçün müxtəlif yeniliklər təqdim edir. Bununla da müştərilər vaxta qənaət etməklə prosesləri daha sürətli yerinə yetirə bilirlər.

İqtisadiyyat       Tarix: 06 iyun 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeber en son xəbərlər bugün xeber meherremlik 2026