Kapital Bank və Qırmızı Ürəklərin iştirakı ilə Xəzərin Hövsan sahili tullantılardan təmizlənib
Ekologiya və Təbii SərvətlərNazirliyinin (ETSN) təşəbbüsü ilə həyata keçirilən "Təmiz ölkəm" təmizlikaksiyasına Kapital Bank və Qırmızı Ürəklər Fondu da qoşuldu. Ötən həftəsonu baştutan aksiya çərçivəsində bankın əməkdaşlarından ibarət fondun könüllüləri XəzərinHövsan sahili ərazisinin tullantılardan təmizlənməsində iştirak etdilər.
Təşkil olunan ekolojiaksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Suraxanı Rayon İcraHakimiyyətinin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, Hövsan qəsəbəsi bələdiyyəsinin,"Saipem" və "Bahar Energy" şirkətlərinin əməkdaşları, Aqrar İnkişaf könüllülərivə Eko könüllülər iştirak ediblər. Həmçinin aksiyaya sahil zonasında istirahətedən sakinlər də qatıldılar.
Aksiya zamanı ümumilikdə 4hektar sahədən 1,2 tondan artıq məişət tullantısı təmizlənərək ərazilərdəndaşınıb.
Qırmızı Ürəklər Fondununvitse-prezidenti Yusif Poladov bildirdi ki, təmizlik aksiyasının keçirilməsindəməqsəd Xəzərin sahilboyu ərazilərində təmizliyə riayət olunmasını təbliğ etməkləsahil zonalarının plastik və məişət tullantıları ilə çirkləndirilməsininqarşısını almaqdır. O, vətəndaşlarımızı sosial məsuliyyətli olmağa, təbiətimizəqayğı ilə yanaşmağa çağırdı.
Qeyd edək ki, Qırmızı Ürəklər2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb.Hazırda fond kimi fəaliyyət göstərən təşkilat əsasən uşaq evlərinə,sığınacaqlara və ehtiyacı olanlara yardımlar edir. saytınadaxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları vədigər maraqlı məlumatları əldə etmək olar. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR