Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Kapital Bank yeni konseptli ilk filialı ilə GəncədəÖlkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. 
azxeber.com xəbər verir ki, yeni konseptin üstünlüyü filialda bir çox xidmətin tamamilə rəqəmsallaşmasıdır. Həmçinin, filialda fəaliyyət göstərən Rəqəmsal guşədə müştərilər nağdsız ödənişlər, onlayn köçürmələr kimi bir çox onlayn xidməti rahatlıqla icra edə bilərlər. Eləcə də ölkənin bankçılıq tarixində ilk dəfə olaraq burada müştərilər QR kod vasitəsilə onlayn növbə götürə biləcəklər. 
Açılış mərasimində çıxış edən Bir ekosisteminin rəhbəri, Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov yeni formatda ilk filialın Gəncədə  fəaliyyət göstərməsinin təsadüfi olmadığını bildirib. "Ölkənin ən geniş xidmət şəbəkəsinə malik bankı olaraq, hər zaman çalışırıq ki, müasir rəqəmsal həlləri insanlarımız üçün daha da sadələşdirək. Paytaxtda yaratdığımız innovativ mühit və rəqəmsal imkanlar ölkəmizin bütün regionlarında hər kəs üçün eyni səviyyədə əlçatan olsun.Rəqəmsallığın sürətini insan ünsiyyətinin istiliyi ilə bir araya gətirdiyimiz bu yeni ofisimizdə istəyirik ki, müştərilərimiz texnologiyadan rahat istifadə edərkən əməkdaşlarımızın səmimi qayğısını və fərdi yanaşmasını hər an hiss etsinlər".
Açılış mərasimində Kapital Bank-ın rəsmi nümayəndələri ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və şəhər ictimaiyyətinin nümayəndələri və müştərilər iştirak ediblər.
Yeni konsepsiya əsasında təqdim edilən Gəncə filialı həftə içi hər gün saat 9:00-dan 18:00-dək Gəncə şəhəri, Atatürk prospekti, giriş 428 ünvanında müştərilərə xidmət göstərəcək. Filialda müştərilərə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur. Qeyd edək ki, Kapital Bank 120 filial, 48 şöbə, 15 Rəqəmsal Mərkəz və 1274 bankomatı ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır.

İqtisadiyyat       Tarix: 05 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

HONOR X9e Pro: Sərhədlərə meydan oxu

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 00 mAh tutumlu güclü batareya — yeni HONOR X9e Pro sərhədlərə meydan oxuyanlar üçün yaradılıb. HONOR premium dizaynı, müstəsna möhkəmliyi və uzunmüddətl

Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun

Milli Məclis özəl məhkəmə ekspertinin gəlirlərinin vergiyə cəlb edilməsini ilk oxunuşda qəbul edib. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Məhkəmə ekspertizasını

Azərbaycanda yeni biznes xəbər saytı fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. xəbər verir ki, yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. Hər il ənənəvi olaraq keçirilən kampaniy

İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?

Bakının Yasamal rayonunda yerləşən Park Yasamal yaşayışkompleksində hazır, tam təmirli mənzillərin satışı davam edir. Kompleksdə 2otaqlıdan 4 otaqlıya qədər müxtəlif planlaşdırmaya malik mənzil seçimləri,eləcə də şəxsi bağçal

Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. . xəbər verir ki, yen

Minimum əməkhaqqı artırılacaq - Bu tarixdən

Azərbaycanda minimum əməkhaqqı 2027-ci ilin yanvarından artırıla bilər. xəbər verir ki, bunu -a müsahibəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Deputatın sözlərin

Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ

Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib. Daxili Işlə

City Garden Narimanov-da təməldən mənzillər FAİZSİZ kreditlə satışda

City Garden Narimanov-da təməldən mənzil satışları davamedir. Bakını coğrafi mərkəzində yerləşən meqa yaşayış kompleksiCity Garden Narimanov-dan sevindirən xəbər var. Alıcıların gözlədiyi təməldən mənzil seçimi artıq mümkündür


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam az xeberler ən son xəbərlər valyuta mezennesi son xəbərlər azərbaycanda