Karantin bitəndən sonra Azərbaycanda ƏN GƏLİRLİ SAHƏLƏR bunlar olacaq

Karantin bitəndən sonra Azərbaycanda ƏN GƏLİRLİ SAHƏLƏR bunlar olacaqPandemiyanın ən böyük zərələrindən biri də iqtisadiyyata dəydi. Azərbaycan höküməti tərəfindən zərərin miqdarı maksimum şəkildə məhdudlaşdırılsa da, dünyanın nəhəng dövlətləri pandemiyanın zərələri qarşısında acizliyini açıq etiraf etdirlər.
Ölkəmizdə karantin qaydalarına əsasən tətbiq edilən məhdudiyyətlərə görə çox sahələrin işi 6 aya yaxındır ki, dayandırılıb. 
Pandemiyanın bitəcəyi, karantinin ləğv ediləcəyi vaxt ölkədə hansı sahələrə tələbat artacaq, hansı işlər daha gəlirli sahələr olacaq?
Milli.Az mövzuyla bağlı iqtisadçı-ekspert Elmir Səfərlinin fikirlərini öyrənib: 
Karantin bitəndən sonra Azərbaycanda ƏN GƏLİRLİ SAHƏLƏR bunlar olacaq"Bu gün dünyanı düşündürən bir sual var. Pandemiya ilə mübarizə və eyni zamanda pandemiyanın təsirlərindən qaçış. İlkin olaraq nəzərə almaq lazımdır ki, virusun təsiri həm insanların sağlamlığına ciddi təsir edir, həm də dövlətlərin sosial-iqtisadi sağlamlığına. Təbii ki, Azərbaycan daxil bir çox ölkələr ilk öncə insan sağlamlığını diqqətə alaraq strategiyalar hazırlayırlar. Lakin insan sağlamlığı ilə bərabər iqtisadiyyatın zərər görməsi dövlətlərin sosial iqtisadi sağlamlığını təsir altına alır. Beynəlxalq Valyuta Fondunun araşdırmalarına əsasən, qlobal iqtisadiyyatda 2020-ci ildə ortalama 3 faiz kiçilmə nəzərdə tutulmuşdur. Bu gün statistik məlumatlara baxsaq, Azərbaycan iqtisadiyyatının kiçilmə həcmi ortalama 2,2 faiz olaraq qeydə alınmışdır. Bu rəqəmin dünya ortalamasından aşağı olması, ölkənin atdığı ciddi və qabaqlayıcı addımların sayəsindədir. 
Bu günə qədər iqtisadçılar pandemiyanın təsirlərindən və bu mənfi təsirlərin qarşısını almaq üçün çalışırdılarsa, bu gün əsas hədəf postpandemiya dövründə iqtisadiyyatın dirçəlməsi üçün atılacaq addımların müzakirəsidir. Bu baxımdan postpandemiya dövründə xüsusi olaraq daha fərqli bir iqtisadi model qurulmalı, dövlətin iqtisadi siyasətinin əsas prioritetləri müəyyənləşdirilməli və bu çərçivədə hazırlanmış strategiyalar tətbiq edilməlidir.
Karantin bitəndən sonra Azərbaycanda ƏN GƏLİRLİ SAHƏLƏR bunlar olacaqPostpandemiya dövründə dövlətin iqtisadi siyasətində bir neçə əsas sahələrin maraq dairəsində olması gözlənilir. Bunlar rəqəmsal iqtisadiyyat, daxili turizm, nəqliyyat və logistika, tikinti, kənd təsərrüfatı və emal sənayesidir. Bu sahələr ona görə prioritet hesab edilir ki, həm məşğulluq baxımından bir dəyər formalaşdıracaq, həm də digər sahələrin canlanması üçün fundamental hesab olunacaqdır. Məsələn, götürək elə tikinti sahəsini.
Karantin bitəndən sonra Azərbaycanda ƏN GƏLİRLİ SAHƏLƏR bunlar olacaqŞəhərlərin və regionların inkişaf etdirilməsi üçün hazırlanan xüsusi tikinti və infrastruktur layihələrinin hazırlanması və işlənməsi, məşğulluq dərəcəsinin artırılması ilə yanaşı, tikinti layihələri ilə birbaşa əlaqəli olan yan sahələrin inkişaf tempini də artıracaq. Və yaxud da ikinci misal olaraq daxili turizm. Pandemiyadan sonra hələ ən azı 1-2 il müddətində insanların xarici ölkələrə turist olaraq getməsi təhlükə baxımından real görünmür. Bu aspektdə daxili turizmin inkişafı ilkin olaraq əsas hədəflərdən hesab olunacaq. Bu sahənin inkişafı ilə regionların birbaşa iqtisadi inkişaf əlaqəliliyi xüsusi əhəmiyyət daşıyır. Belə ki, regionlarda turizmə birbaşa və ya dolayı yolla bağlı olan sahələr inkişaf etdiriləcək və regionlarda yaşayan insanların məşğulluğu təmin ediləcəkdir. 
Karantin bitəndən sonra Azərbaycanda ƏN GƏLİRLİ SAHƏLƏR bunlar olacaqƏlbəttə, bütün bu proseslərin doğru şəkildə tətbiq edilməsi üçün dövlət kompleks addımlar atmalıdır. İlkin olaraq, kiçik və orta sahibkarlığın inkişafına xüsusi dəstək verilməlidir. Onların fəaliyyətinin doğru və uğurlu şəkildə tənzimlənməsi üçün bir sıra güzəştlər tətbiq edilməlidir. Daxili istehsalın təşviqi üçün dövlət tərəfindən aşağı faizli və uzunmüddətli kreditlər ayrılmalı, vergi və gömrük rüsumlarında xüsusi güzəştlər tətbiq edilməli, rəqabətlilik artırılmalı və xarici investisiyaların cəlb edilməsi üçün uyğun biznes mühiti formalaşdırılmalıdır". 
Təhməz Əsədov
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 04 sentyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Regionlarda biznes qurmaq daha asan olacaq: dövlət kredit faizinin yarısını ödəyəcək

İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyind

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın əməkdaşlığı ilə həyata keçirilən TəhsilPlus layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regiona

Pensiyaçılara şad xəbər

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. xəbər verir ki, ödənişlər bu gün həyata keçirilib

Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı

Yelo Bank biznes sahibləri və şirkət rəhbərləriüçün işprosesləriniasanlaşdıran, əməkdaşların məmnuniyyətiniartıranəməkhaqqıkartlarıxidmətini təqdim edir.Bankın təklifetdiyi funksional həllər sayəsində əməkhaqqıkartlarını

Bakcell "AI Strategy Summit | Baku 2026" tədbirinin əsas tərəfdaşı oldu - FOTOLAR

Bakcell süni intellekt və rəqəmsal transformasiya sahəsində təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət 13 iyun tarixində Avropa Azərbaycan Məktəbində (EAS) keçirilən "AI Strategy Summit | Baku 2026" tədbirini

Dünya bazarında neft ucuzlaşdı

Dünya birjalarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı neftin bir bareli 3,05 dollar ucuzlaşaraq 87,33 dollara enib. Nyu-Yorkun NYMEX birjasında is

İCMA və BMU arasında əməkdaşlıq memorandumu imzalanıdı - FOTOLAR

10 iyun tarixində İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) üzvü olan 20-dən çox sahibkarın iştirakı ilə Bakı Mühəndislik Universitetində (BMU) universitet-biznes əməkdaşlığı çərçivəsində görüş keçirilib. xəbə

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Bel

TuranBank beynəlxalq fonddan maliyyə vəsaiti cəlb etdi

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir


azerbaycan xeberleri son xeberler yeni xeberler futbol xeberleri sonxeber son xabarlar dunyada son xeberler