Kartına səhvən 120 min manat köçən professor: Bankdan reaksiya olmadı, gündəlik faizə qoydum
Eskişehir Osmangazi Universitetinin müəllimi, professor Behçet Yalın Özkara bankın səhvən onun hesabına köçürdüyü 2 milyon 313 min 962 lirəni (təxminən 120 min manat) geri qaytarıb.
KONKRET.azMilli.az-a istinadən xəbər verir ki, bank səhvi uzun müddət bilməyib, professor özü pulu qaytarmaq üçün bankla əlaqə saxlayıb.
Özkara əvvəlcə vəziyyətin düzəlməsini gözləyib, amma bankdan heç bir reaksiya olmadıqda pulu gündəlik faizə qoyub. Qazandığı faiz gəlirini də banka qaytaracağını söyləyib.
Bank əməkdaşları professorun xəbərdarlığından sonra hesabı bloklayıb və pulu geri alıb.
Sosial mediada böyük maraq doğuran hadisə ilə bağlı Özkara deyib:
"Bunu dürüstlük nümayişi kimi böyütmək istəmirəm, amma mənim olmayan pulu saxlamaq vicdanıma sığmazdı. Pul rahatlıq gətirə bilər, amma xoşbəxtlik deyil."
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?