Kartof alarkən nəyə diqqət etməliyik? - Bunu bilməmək təhlükəlidir

Kartof alarkən nəyə diqqət etməliyik? - Bunu bilməmək təhlükəlidirSosial şəbəkələrdə kartofun tərkibində normadan artıq nitrat olduğu iddia edilən videonun yayılması istehlakçılar arasında narahatlıq yaradıb.
Bəs kartofda nitratın miqdarını adi gözlə müəyyənləşdirmək mümkündürmü? İstehlakçılar şübhəli məhsulla qarşılaşdıqda hansı addımları atmalıdırlar?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qurum uzun illər ərzində xüsusi cihaz vasitəsilə apardığı monitorinqlər zamanı kənd təsərrüfatı məhsullarında nitratların miqdarının ildən-ilə azaldığını müşahidə edib.
Kartof alarkən nəyə diqqət etməliyik? - Bunu bilməmək təhlükəlidir"Bunun əsas səbəblərindən biri gübrələrin bahalaşmasıdır. Belə ki, kənd təsərrüfatı ilə məşğul olan fermerlər artan xərclər səbəbindən gübrələrdən daha az istifadə edirlər. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər də müəyyən rol oynayır.
Torpağa gübrə verilməməsi belə məhsulun nitratla zəngin olmayacağına zəmanət vermir. Əvvəlki il yonca əkilmiş sahələrdə sonradan kartof, soğan və digər kənd təsərrüfatı məhsulları yetişdirildikdə torpaqda toplanan azot birləşmələri məhsulun tərkibinə təsir göstərə bilər".
E.Hüseynov vurğulayıb ki, kartofun tərkibində nitratın normadan artıq olub-olmadığını rənginə, dadına və ya qoxusuna əsasən müəyyənləşdirmək mümkün deyil. Bunun üçün müvafiq laboratoriya müayinələri və ya uyğun ölçmə vasitələrindən istifadə olunmalıdır.
Azad İstehlakçılar Birliyinin sədri sosial şəbəkələrdə yayılan videonun da onda şübhə doğurduğunu qeyd edib. O, belə hallarda iddiaların müvafiq araşdırma aparılmadan təsdiqlənməsinin düzgün olmadığını vurğulayıb.
Ekspertin sözlərinə görə, kartofda nitratın yol verilən miqdarı ilə insan orqanizmində zəhərlənməyə səbəb ola biləcək miqdarı eyni anlayış deyil. Bununla belə, o, nitratların təhlükəsizliyi ilə bağlı konkret rəqəmlər səsləndirərkən müvafiq elmi mənbələrə və rəsmi normalara əsaslanmağın vacibliyini diqqətə çatdırıb.
E.Hüseynov istehlakçılara şübhəli məhsullarla qarşılaşdıqları zaman Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməyi tövsiyə edib.
Onun sözlərinə görə, vətəndaşlar bu kimi hallarla bağlı 1003 qaynar xətti vasitəsilə agentliyə müraciət edə bilərlər.
Qeyd edək ki, kartofun tərkibində nitratın normadan artıq olub-olmadığını yalnız sosial şəbəkələrdə yayılan görüntülərə əsasən müəyyənləşdirmək mümkün deyil. İstehlakçılar şübhəli məhsul barədə aidiyyəti quruma məlumat verməli, məhsulun təhlükəsizliyi isə müvafiq yoxlamalar əsasında qiymətləndirilməlidir.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 30 oktyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın dövlət borcu azaldı

Azərbaycanın dövlət borcu 2026-cı ilin ilk 9 ayı ərzində azalıb. Maliyyə Nazirliyindən -a bildirilib ki, oktyabrın 1-nə ölkənin ümumi dövlət borcu 23 milyard 896,3 milyon manat təşkil edib. Bu, 2026-cı il üçün proqnozlaşdırıla

Borcunu ödəməyənləri yeni aqibət gözləyir – Milli Məclisdən qərar

Milli Məclisin bugünkü plenar iclasında borc tələbinin borclunun qiymətli kağızlarına yönəldilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq sonuncu — üçüncü oxunuşda qəbul edilib. KONKRET.azyenisabah-a istinadən xəbə

Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI

Özünüməşğulluq proqramı çərçivəsində "Maldarlıq" zərfi üzrə cins damazlıq heyvanlar əldə etmək istəyən şəxslərin təsərrüfatları bir sıra tələblərə cavab verməlidir. KONKRET.azxəbər verir ki, bu barədə "Yen

Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi olub. -a istinadla xəbər verir ki,  TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib. Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbua

Sabah 30 kənddə qaz olmayacaq

Sabah Şəkinin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saa

Qazın qiyməti bahalaşır

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. milliaz-a istinadən xəbər verir ki, 2026-cı ilin noyabr ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiymət

Ərzaq, yanacaq, kommunal xidmətlər… - Azərbaycanda bahalaşma mənzərəsi

Son illər Azərbaycanda vətəndaşların gündəlik xərcləri artıb. Ərzaqdan tutmuş yanacağa, geyimdən kommunal xidmətlərə qədər bir çox sahədə qiymət dəyişiklikləri ailə büdcəsinə təsir göstərir. İnsanlar əvvəlki illərlə müqayisəd

Bazarda qiymət oyunu: İstehsalçı qazanır, yoxsa vasitəçi?

Azərbaycanda bazarda rəqabətin zəif olması, məhsul və xidmətlərin müəyyən şirkətlərin nəzarətində cəmləşməsi qiymətlərin yüksəlməsinə və uzun müddət yüksək səviyyədə qalmasına şərait yarada bilər. Belə vəziyyətlərdə kiçi

Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq

Azərbaycanda ət, yumurta və kərə yağının qiymətində müşahidə olunan artım istehlakçıların xərclərini artırmaqla yanaşı, qarşıdakı aylarda bazardakı vəziyyətlə bağlı narahatlıqları da gücləndirir. Yem təminatında yaranan problemlər


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler cəbhədən son durum cəbhədən son görüntülər ən son xəbər