Karyera barədə beş əfsanə

Karyera barədə beş əfsanəKaryera barədə beş əfsanə
Fəxri Ağayev yazır...
Karyerasından narazı və narahat olan insanları daim görürəm. Yaşından asılı olmadan bu insanlarla ünsiyyətdə diqqətimi çəkən əsas məqam və ortaq fikir budur ki, əksəriyyəti iş həyatına başlamadan öncə karyera artımı və peşəkar həyat haqda çox səhv fikirdə olublar. Yəni hələ karyeraya başlamadan öncə artıq bu mövzuda düşüncələri doğru deyildi. Buna görə də, mən iş həyatımız və karyera barəsində 5 əsas səhv düşüncə və əfsanələr haqda bu məqaləni yazmağa qərar verdim.
Birinci səhv düşüncə odur ki, karyera universitet illərindən sonra başlayır. Bu düşüncə tərzi ilə gəncimiz 4 il ərzində ancaq imtahandan imtahana oxuyur və məzun olduqdan sonra real iş həyatına başlayanda gözləntilərinin tamamən fərqli olduğunu görür. Hesab edirəm ki, bizim peşəkar həyat və karyeramız birinci kursun birinci dərsinin birinci saatından başlayır və buna görə də, bizim universitetdə oxuyan gənclərimiz gələcəkdə, 5-10 il sonra harada olacaqlarını müəyyənləşdirib, ona görə planlar düşünməli və 4 il ərzində keçən hər günlərini, 24 saatlarını həmin gələcək planlarına görə istifadə etməlidirlər. (Karyera barədə məsləhətlər: )
İkinci əfsanə odur ki, xaricdə təhsil vacibdir və xaricdə təhsil almayan insanın karyera yüksəlişi çətin olur. İlk öncə onu qeyd etmək lazımdır ki, "xaric" sözü çox nisbi anlayışdır. İkinci məqam odur ki, qərb ölkələrində hər universitet Harvard, Stenford deyil. Xaricdə təhsil alan insanların 3 əsas üstünlükləri var:
- xarici dil biliyi;
- geniş dünyagörüşü və baxış bucağı;
- müasir biliklərin əldə edilməsi. 
Hesab edirəm ki, bir insan xaricdə təhsil almadan da universitetdə olxuduğu 4 il ərzində xarici dili öyrənmə imkanına malikdir, dünyagörüşünü genişləndirə və müasir biliklər əldə edə bilər. Bunu üçün xaricə getməyə ehtiyac yoxdur – insanın məqsədləri və planları olduqdan sonra vaxtından səmərəli istifadə edərsə, zamanını effektiv və məhsuldar keçirərsə, bu məqamlarda ciddi addımlar ata bilər. (Peşəkar uzunömürlülük necə uzadıla bilər? - )
Üçüncü səhv düşüncə odur ki, karyera qurmaq üçün çox işləmək lazımdır və iş yerində 8 saat deyil, 10, bəzən isə 12 saat, həftədə 6 gün zaman keçirməyimiz gərəkdir ki, uğurlu karyera quraq. Hesab edirəm ki, çox işləmək lazım deyil - effektiv işləmək lazımdır. Təcrübəm göstərir ki, gün ərzində iş yerində 10 saatdan artıq vaxt keçirən insanların real və vacib işlərə ayırdıqları zamanı toplasaq, maksimum 3-4 saat edəcək. Yerdə qalan zamanlarını ikinci dərəcəli və çox da əhəmiyyətli, həlledici olmayan işlərə xərcləyir insanlar. Düşünürəm ki, bu şəxsi effektivlik texnikalarını öyrənmək vacibdir, işlərimizə diqqətimizi cəmləməli və fokuslanmalıyıq, ən əsası, zamanımızı oğurlayan işlər və insanlara qarşı diqqətli davranmalıyıq. Bütün bunlar üçün isə zamanın idarəetmə texnikaları haqda ikicə kitab oxumaq kifayət edəcək (şəxsi effektivlik haqda məqalə: "Şəxsi effektivlik - bütün işlərimizi necə çatdıraq?": )
Dördüncü əfsanə odur ki, rəhbərlə əlaqələr yaxşı olmalıdır və bu məqamda "yaxsı" sözü çox nisbi anlayışdır. Rəhbərə doğruları deməklə onun ifadə etdiyi səhv fikir və düşüncələri təsdiqləmək arasında böyük uçurum var. Hesab edirəm ki, əməkdaşlarla rəhbər arasında əlaqələr peşəkar baxımdan və biznes etikası çərçivəsində doğru və düzgün olmalıdır və burada ortaya iki mühim məqam çıxır: əməkdaşlar rəhbərə doğru sözləri doğru yerdə və doğru formada ifadə edə bilməlidirlər. İkinci məsələ isə odur ki, rəhbərin qarşısına problemlə çıxan əməkdaşlar mütləq və mütləq problemin çözümlərini də öncədən düşünməli və təklif etməlidirlər ki, rəhbərin qarşısına ancaq sıxıntılarla çıxan insan obrazı yaratmış olmasınlar. (Biznesdə uğur: sahibkarlar və peşəkarların ünsiyyəti: )
Karyera ilə bağlı beşinci əfsanə odur ki, mənim peşəkar inkişafım şirkətin işidir. Uzun müddət şirkətlərdə işləmiş və karyera yüksəlişi olmayan insanlarda olan ortaq fikir budur ki, şirkət mənim inkişafıma yatırım etmədiyi üçün mən inkişaf etmədim. Əslində, şirkətlərin məqsədləri insanların şəxsi məqsədlərindən fərqli ola bilər və hər bir insanın peşəkar sahəsindən asılı olmadan özünün gələcək 10-15 ili ilə əlaqəli planları və məqsədləri olmaldır. Hər birimiz öz peşəkar inkişafımızda əldə etdiyimiz gəlilərdən və aldığımız maaşdan yatırım etməyi özümüzə vərdiş etməliyik. (Bədii hekayə: "Doğru suallar" - )
Karyera ilə bağlı ümumi düşüncəm isə odur ki, istənilən işə başlamadan öncə beynimizi doğru proqramlaşdırmaq vacibdir, çünki bütün işlərimiz, uğurlarımız və uğursuzluqlarımız bizim beynimizdə başlayır və beynimizdə bitir. /oxu.az

Sosial       Tarix: 10 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler xəbərlər apa.az xeberler bu gunun xeberleri