Kaxa Kukava: "Qarabağ münaqişəsi həll olunmalıdır, Ermənistanın ideyaları qəbuledilməzdir

Kaxa Kukava: "Qarabağ münaqişəsi həll olunmalıdır, Ermənistanın ideyaları qəbuledilməzdirKaxa Kukava: "Qarabağ münaqişəsi həll olunmalıdır, Ermənistanın ideyaları qəbuledilməzdir"
Erməni politoloq, "Modus Vivendi" mərkəzinin rəhbəri Ara Papyan 22 noyabrın Ermənistanda dövlət bayramı elan edilməsinin zəruri olduğunu açıqlayıb. Bu təşəbbüs erməni cəmiyyəti tərəfindən geniş şəkildə qəbul edilib.
Bu nə tarixdir? 1920-ci ilin 22 noyabrında Vudro Vilson Arbitrajı imzalanıb və Yerevanda yüz illik tarixi olan bu sənədi aktuallaşdırmaq qərarına gəliblər. Çünki Papyanın sözlərinə görə, sənədin müddəti yoxdur və mütləq yerinə yetirilməlidir.
Söhbət Ermənistanın Türkiyə, Gürcüstan və Azərbaycanla sərhədlərinə, təbii ki, Qara dənizə çıxış əldə etməklə, Ermənistanın xeyrinə yenidən baxılmasından gedir.
Media.Az-ın şərh almaq üçün müraciət etdiyi "Azad Gürcüstan" Partiyasının lideri Kaxa Kukava bölgədə (Cənubi Qafqaz ölkələrində - red.) emosiyalarla idarə olunan bir çox insanın olduğunu bildirib:
"Cənubi Qafqazda yeni müharibə bizim nəyimizə lazımdır? Avropada İkinci Dünya müharibəsindən sonra yeni üsul – sərhədlərin toxunulmazlığı üsulu tapıldı. Bununla hər kəs razı ola bilməz. Məsələn, Almaniyada kimsə Lotaringiyanın fransız deyil, əsl alman torpağı olduğunu hesab edir.
Hər kəs onlarla razı ola bilməz. Lakin sərhədlər də dəyişdirilə bilməz. Tərəflərdən biri, bu vəziyyətdə Ermənistan, yeni ərazi iddiaları irəli sürməyə başlasa, bu, yaxşı heç nə ilə başa çatmayacaq".
"Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiyanın da eynisini edə biləcəyinə diqqət çəkmək istəyirəm. Ancaq bu baş vermir. Müharibədən sonra ötən əsrin 90-cı illərində olduğu kimi, yeni qurbanlar, xarabalıqlar kimə lazımdır? Ümid edirəm ki, Ermənistanın siyasi rəhbərliyi bunun yeni münaqişələrlə təhdid etdiyini başa düşəcək", - deyə, həmsöhbətimiz bildirib.
Kaxa Kukava həll olunmazlığı bütün regionun iqtisadi inkişafına mane olan Qarabağ münaqişəsinə diqqət yetirməyi təklif etdi:
"Cənubi Qafqazın böyük iqtisadi potensialı var, biz onu inkişaf etdiririk. Lakin Cənubi Qafqazı Benilüksün (Avropanın üç ölkəsinin - Niderland, Belçika və Lüksemburqun siyasi, iqtisadi və gömrük ittifaqı - red.) analoquna çevirmək üçün münaqişələr həll edilməlidir. Bunsuz iqtisadi inkişaf mümkün deyil".
"Müharibə təhlükəsi olan regionda ciddi iqtisadi layihələr inkişaf etməyəcək, bu, xarici investorları çəkindirəcək. Mən gürcü kimi, siyasətçi kimi birbaşa bildirirəm ki, Qarabağ münaqişəsində Gürcüstanın ərazi maraqlarına toxunulmasa da, bu münaqişə həll edilməlidir! Yeni münaqişələrə səbəb ola biləcək səsləndirilən fikirlər (Ermənistandan – red.) isə sadəcə qəbuledilməzdir və Gürcüstanın maraqlarına ziddir", - Kaxa Kukava bildirib. /oxu.az

Siyasi       Tarix: 01 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat bu gune olan xeberler son xeber.az krminal bu gun