Kazanda Məsud Pezeşkian İsraili hədələdi
İran prezidenti Məsud Pezeşkian Kazanda keçirilən BRİKS sammiti çərçivəsində İrana qarşı təcavüz olacağı təqdirdə İsrailə sərt cavab veriləcəyini bildirib.
KONKRET.az xəbər verir ki, Pezeşkian bunu Efiopiyanın baş naziri Abiy Əhməd Əli ilə görüşündən sonra deyib: "Əgər sionist rejim səhv edib İran İslam Respublikasına qarşı hərəkətə keçsə, qəti və ağlasığmaz cavab alacaq".
Eyni zamanda, İran prezidenti Yaxın Şərqdə sülhün bərqərar olması istəyini qeyd edib: "Biz regionda münaqişənin və gərginliyin artmasını istəmirik. Biz sülh və əmin-amanlıq yolunda bütün hərəkətləri alqışlayırıq. Ölkəmdə harmoniya və bütövlüyü təmin etmək, dünya ilə əlaqələri və əməkdaşlığı gücləndirmək üçün prezident oldum",-deyə İran prezidenti bildirib.
Vəli Həsənoğlu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub