Keçmiş səfirdən Qarabağla bağlı sensasion etiraf: Anladıq ki, yeganə həll yolu müharibədir
Keçmiş səfirdən Qarabağla bağlı sensasion etiraf: Anladıq ki, yeganə həll yolu müharibədir
ATƏT MQ-nin ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin diplomatik səviyyədə həllində uğursuzluqdan danışarkən hələ o zamanlar yeganə həll yolunun müharibə olduğunu anladıqlarını etiraf edib.
"Vestnik Kavkaza"nın məlumatına görə, bu barədə Hoqland "The International Conflict Resolution Center" saytında dərc olunmuş məqaləsində bildirib.
Amerikalı nümayəndənin sözlərinə görə, COVİD-19 pandemiyasından əvvəl Minsk Qrupunun həmsədrləri hər altı həftədə bir bölgə ətrafında müntəzəm səfərlər ediblər, səfir Anjey Kasprşiklə birlikdə İrəvan və Bakıda Ermənistanın və Azərbaycanın yüksək vəzifəli rəsmiləri ilə görüşüblər, "DQR"-in "rəsmiləri" ilə görüşmək üçün Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərindən keçərək Dağlıq Qarabağa yollanıblar.
Onun sözlərinə görə, həmin səfərlər zamanı "beş ulduz"lu hotellərdə qalıblar, əlavə xərc tələb etmədən xüsusi yemək otağı və bara tam giriş imkanı verən apartamentdə yaşayıblar, ən yaxşı restoranlarda yemək yeyiblər.
"Ancaq açığı, çox, çox az şey əldə edildi", - deyə Hoqland etiraf edib.
Həmsədr bildirib ki, bu səfərlər zamanı hər tərəfin öz mövqeyində möhkəm dayandığını və ən kiçik müvəqqəti kompromisi belə düşünmədiyini öyrənib.
"Bu qənaətə gəldim ki, Dağlıq Qarabağ problemini yalnız müharibə qətiyyətlə həll edəcək, baxmayaraq ki, bu fikri heç vaxt açıq şəkildə ifadə etməmişəm. Yenə də həmsədrlərlə buna riayət etməyə davam etdik", - deyə o, vurğulayıb. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına