"Keçmişimlə fəxr edirəm, gecə klubundan meyitim çıxmayıb ki…" - Nazilə Səfərli

"Mən indi də xadiməyəm, vəzifəm artmayıb ki. Tibb Texnikumunu bitirmişəm, kurs keçməliydim və ona görə də xəstəxanada işləmişəm. Burda ayıb nə var ki. Mənim Fatiməylə olan problemimi o bilər, mən bilərəm. Fatimənin dərdi mama-ginekoloqlara qalıb? Mən utanmıram, əlimin zəhmətilə qazanmışam. Demirlər ki, keçmişi pozğun olub. Balamı saxlamaq üçün bağ da süpürərəm, ayaqyolu da təmizləyərəm. Bunlar sənət deyil, ailə saxlamaq üçün vasitələrdir".
azxeber.com moderator.az-a istinadən xəbər verir ki, bunu şairə Nazilə Səfərli deyib. Şairə onun keçmişi haqqında danışan həkimə öz ismarıclarını göndərib:
"Yəni ailəni dolandırmaq üçün bir yerdən başlamalısan. Yetər ki, ailən ac qalmasın, adın pis yerdə hallanmasın. Bununla fəxr edirəm. Qoy yol süpürən, daş daşıyan insanlara motivasiya olsun ki, zəhmətlə hardan-hara gəlmək olur. Mən heç o həkim qadını tanımıram. Nəinki tibb bacısı, xadimə işləmişəm, üz də, qaş da almışam, sistem köçürmüşəm. Neyləmişəmsə, balalarım ac qalmasın deyə etmişəm. O mənim utanc yerim deyil, fəxr yerimdir, zəhmətlə gəlmişəm.
Bir dəfə bir məclisdə hamıya salam vermişdim. Orada bir nəfər gözləyib ki, mən ona özəl salam verməliymişəm. Yəni mən ona "necəsiz?", "qurban olum" deməliymişəm. Mən də o insanı görməmişəm. Qəfildən qalxıb mənə dedi ki, "Kimsən ay qız, sən?! Səfərlidə armud yeyə-yeyə gəldin adam oldun". Səfərli bizim kəndimizdi və armuduyla məşhurdur. Mənim də birdən gözüm sataşdı bu kişiyə, məclisə təzə girmişdim və məni pərt etmək istəyirdi. Dedim ki, "O armuddan sən də yemişdin, bəs sən niyə adam olmadın?!" Vəssalam. Bacar sən də adam ol.
Rusiyalı iş adamı Vaqif Məmişovu tanıyırsınız. Bu gün təyyarəsi, zavodları var. Təkcə 16 hektar ov sahəsi var. Halbuki əsgərlikdən çıxanda gözləyirmiş ki, kimsə yemək yeyəndə artıq qalsın və ondan bu da yesin, acından ölməsin. O, bir zavoda fəhlə olaraq girir və daha sonra həmin zavodu satın alır. Bu gün isə Rusiyanın ən böyük iş adamlarından biridir. Arxasız, köməksiz gələndə ayaq üstdə durmaq asan deyil".
N.Səfərli aralarında yaranan mübahisəyə görə rəqqasə Fatiməni məhkəməyə verdiyini deyib:
"Ona görə məhkəməyə vermişəm ki, Fatimə niyə haqqımda elə danışıb. Mənim onunla nə işim var ki. Fatiməylə mənim aramda olan söhbətə bu sözün heç bir dəxli yoxdur. Siz də, mən də bilirəm ki, efirdə beş dəqiqə gecikmə var. Kimsə öz aləmində düşünür ki, məni bununla "vurarlar", amma halal zəhmətlə insan "vurulmur". Əksinə, görün insanlarımız nə qədər əziyyət sevəndir. Hamı o cür insanları sevir. Heç kim stolların başında oynayanı sevmir. Stolların başında oynamaq sənət deyil. Əgər bir rəqqasə desə ki, bu mənim sənətimdir və mən bu sənətimə xatir bunu edirəm, onda onu hamı qiymətləndirər, sənətə qiymət var. Amma mən balamı saxlamaq üçün stolun başına dırmaşmışamsa, bu, rəzalətdir. Amma balamı saxlamaq üçün tualet də yusam, bu, fəxarətdir. Gecə klubundan meyitim çıxmayıb ki", - deyə Səfərli bildirib.
Qeyd edək ki, aparıcı və prodüser Tarix Əliyevin (Tolik) verilişinin ötən gün yayımlanan buraxılışında maraqlı anlar yaşanıb. Proqram zamanı tamaşaçılardan biri efirə zəng edərək şairə Nazilə Səfərli ilə bağlı iddia irəli sürüb. Adının İradə olduğunu deyən mama-ginekoloq qadın Səfərlinin onun çalışdığı xəstəxanada 10 il əvvəl xadimə işlədiyini deyib.

Şou Biznes       Tarix: 15 aprel 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes