Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə bir arada - Fotolar
İyulun 14-də Şuşa şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmalədin Heydərov Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi səfəri çərçivəsində nümayəndə heyətinin tərkibində Azərbaycana gələn Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok ilə görüşüb.
azxeber.com xəbər verir ki, görüşdə iki ölkə liderlərinin siyasi uzaqgörənliyi və qarşılıqlı etimadı sayəsində Azərbaycan ilə Slovakiya arasında dostluğa, hörmətə və sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin qurulduğu məmnunluqla qeyd edilib, bu çərçivədə iki ölkənin uyğun qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb.
Nazir Kəmaləddin Heydərov slovakiyalı nazir Matuş Şutay-Eştoka Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, o cümlədən işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazisində həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə ətraflı məlumat verib. Keçirilən görüşün iki qurum arasında təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizə üzrə müxtəlif istiqamətlərdə, o cümlədən mülki müdafiə, risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xilasetmə fəaliyyətinin təşkili və digər sahələrdə əməkdaşlıq və təcrübə mübadiləinin aparılması üçün möhkəm zəmin yaradacağına əminlik ifadə olunub.
Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok səmimi görüşə görə təşəkkür edib, Azərbaycan və Slovakiyanın uyğun qurumları arasında fövqəladə halların idarə edilməsi üzrə çoxşaxəli əməkdaşlıq üçün mövcud potensialdan istifadənin qarşılıqlı faydasını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK