Kəmaləddin Qafarovun lider namizəd olduğu dairənin iki məntəqəsində nəticələr ləğv edildi
Kəmaləddin Qafarovun lider namizəd olduğu dairənin iki məntəqəsində nəticələr ləğv edildi
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən müraciətlərə baxılıb.
Oxu.Az bildirir ki, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib. O deyib ki, müraciətlər eyni seçki məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib:
"Müraciətdə bəzi seçki məntəqələrində seçicilərin sayı az olmasına baxmayaraq, sayların komissiya üzvləri tərəfindən süni şəkildə artırılması, müşahidəçilərə müşahidə aparmağa imkan verilmədiyi qeyd olunub. DSK-ların araşdırma materialları da müraciətə əlavə edilib. Araşdırma zamanı müraciətdə təqdim edilən bir sıra faktlar öz təsdiqini tapmayıb. Ona görə də, təklif edirəm ki, DSK-nın qərarı qüvvədə saxlanılsın".
Q.Orucov daha sonra 31 və 35 saylı məntəqələrdə pozuntuların qeydə alınması səbəbindən bu məntəqələr üzrə nəticələrin ləğv edilməsinin vacibliyini vurğulayıb. Komissiyanın ekspert qrupunun rəyi əsasında şikayətçilərin müraciəti qismən təmin olunub.
Nəticə olaraq, adıçəkilən dairədə 31 və 35 saylı məntəqələr üzrə nəticələr ləğv edilib.
Qeyd edək ki, həmin dairənin lider namizədi Kəmaləddin Qafarovdur.
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı