Kemi Seba "Afrikada Fransanın Neokolonializm Siyasəti" konfransında məruzə ilə çıxış etdi

Kemi Seba Bakıda səfərə olan Fransanın müstəmləkəçilik siyasəti əleyhinə və anti-imperialist mövqeyi ilə tanınan siyasi fəal, jurnalist Kemi Seba Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Afrikada Fransanın Neokolonializm Siyasəti" mövzusunda keçirilən konfransda məruzə ilə çıxış edib.
KONKRET.az xəbər verir ki, məruzəsində Fransanın neokolonializm siyasəti barəsində geniş məlumat verən K.Seba rəsmi Parisin müstəmləkə şəraitində yaşayan xalqların nümayəndələrinə qarşı törətdiyi soyqırımı, urbisid və digər qanunazidd əməllərdən danışıb.
O bildirib ki, rəsmi Paris müstəmləkəsi altında olan xalqların nümayəndələrini insan hüquq və azadlıqlarından məhrum edib.
Bununla yanaşı o, rəsmi Parisin müxtəlif qanunazidd vasitələrlə müstəmləkə xalqlarına beynəlxalq hüququn digər subyektləri ilə münasibətlər qurmasına yaratdığı əngəllərdən bəhs edib.
K.Seba həmçinin beynəlxalq aləmi Fransanın kolonial siyasətinə qarşı təsirli tədbirlər görməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir.
1981-ci ildə Fransanın Strasburq şəhərində doğulub.
O, Fransanın müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə dənizaşırı ərazilərə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etdiyinə və pislədiyinə görə Fransanın "qara siyahı"sına salınıb. Fransa K. Sebanı susdurmaq üçün bir neçə dəfə həbs edib, istədiyinə nail olmadıqda isə onu Fransa vətəndaşlığından məhrum edib.
Fransanın bu addımına cavab olaraq bir sıra Afrika ölkəsi K. Sebaya diplomatik immunitet verib.
"URGENCES PANAFRICANISTES" QHT-sinin rəhbəri, Niger dövlət başçısının Xüsusi müşaviri olan K. Seba bu gün müxtəlif sosial şəbəkələrdə geniş izləyici kütləsinə malikdir. Onun "Facebook"da 1.3 milyon, "Tiktok"da 370 000, "İnstaqram"da 306 000, "X"də 280 000, "Youtube"-da isə 230 000 izləyicisi var.//APA

Siyasi       Tarix: 04 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad


yeni xeberler azerbaycan xeberleri son xeberler hava haqqinda xeber.az dunya xeberleri azerbaycan son xeber bugun