Kənan Quluzadə: "2019-cu il ilə müqayisədə Azərbaycana 50 faiz az insan səfər edib" - FOTO
Kənan Quluzadə: "2019-cu il ilə müqayisədə Azərbaycana 50 faiz az insan səfər edib" - FOTO
Ötən gün Dövlət Statistika Komitəsi ölkəyə səfər edən turist saylarını açıqlayıb. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 176 ölkədən 1 milyon 162 min 700 nəfər və yaxud ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlər ən çox Rusiya, Türkiyə və İrandandır.
Ötən il koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejimi səbəbindən gələnlərin sayı çox az idi. Bu il ötən il ilə müqayisədə 2 dəfədən çox turist axını müşahidə olunur.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadənin sözlərinə görə, göstəricilər pandemiya dövrü ilə əlaqədardır:
"Azərbaycana 9 ay ərzində təxminən 1 milyondan çox xarici vətəndaş səfər edib. Bu ötən il ilə müqayisədə əlbəttə ki, iki dəfədən çoxdur. Lakin 2019-cu il həm Azərbaycan, həm də dünya turizmi üçün rekord ili idi. Həmin ilin göstəriciləri ilə müqayisə edəndə bu il təxminən 50 faiz az insan Azərbaycana səfər edib".
K.Quluzadə hələ də pandemiyanın fəsadlarının yaşandığını qeyd edib:
"Azərbaycanda hələ də quru sərhədlər bağlıdır, karantin qaydaları qüvvədədir. Xarici vətəndaşlar ölkəyə yalnız hava yolu ilə səfər edə bilirlər. Verilmiş qərarlar, aparılan marketinq işləri ölkəmizə səfər edən qonaqlarımızın sayını artırır. Bu postpandemiya dövrünün normal dinamikasıdır.
Lakin göstəricilərin tam bərpası üçün hələ də bizə vaxt lazım olacaq. Müəyyən qərarların verilməsi gözlənilir. Karantin qaydaları tam ortadan qalxandan sonra daha da artımlar müşahidə olunacaq".
Kənan Quluzadə daxili turizmin tam bərpa olunduğunu əlavə edib:
"Postpandemiya dövrüdür. Hər yerdə bərpa işləri gedir. Azərbaycanda da o proses davam edir. Turizmin sahəsi faktiki olaraq çökmüşdü. İndi bir qədər bərpa olunub. Biz hələ bərpa dövrünü yaşayırıq. Hələ rəqəmlərə gəlib çıxmağımıza 1 il vaxt var. Zaman tələb olunur. Ümumi dinamika müsbətdir.
Demək olar ki, daxili turizm göstəriciləri postpandemiya dövrü və pandemiyadan əvvəlki dövründən faktiki olaraq daxili turizm tam, gəlmə turizm 50 faizə qədər bərpa olunub. Və bu tendensiya davam edir".
Nəzrin Vahid

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu