Kənd ərazisində bir nəfər xahiş etdi ki, yolumuzun üzərində onun evi var, ora düşmək istəyirdi

Kənd ərazisində bir nəfər xahiş etdi ki, yolumuzun üzərində onun evi var, ora düşmək istəyirdi"Kəlbəcərdə əsgər Mərdəli Aşurov, onun digər əsgər yoldaşları, komandirləri minanı zərərsizləşdirdilər və ciddi bir faciənin qarşısını aldılar".
Bunu "Report"a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənan Hüseynov Kəlbəcərin Günəşli kəndində mina aşkarlanması məsələsi barədə danışarkən deyib.
O hadisənin təfərrüatını danışıb:
"Aprelin 16-da bir qrup keçmiş məcburi köçkünün Kəlbəcər rayonuna səfərini təşkil etdik. Səfər zamanı qətliam baş vermiş Tuneldə olduq, ərazidə tədbir keçirdik. Sonra iki yerə bölündük. Səfər iştirakçılarının bir hissəsi Başlıbelə getdi, digər hissəsi isə mətbuat nümayəndələri ilə birgə Günəşli kəndinə yola düşdü. Biz Günəşlidə qəbiristanlıqda olduq. Orada şəhidlərin qəbirləri ziyarət olundu. Geri qayıdarkan kənd ərazisində bir nəfər xahiş etdi ki, yolumuzun üzərində onun evi var, ora düşmək istəyirdi. Təbii ki, biz ona icazə vermədik. Müdafiə Nazirliyinin minaaxtaranları ilə bir yerdə həmin əraziyə düşdük. Bu zaman əsgərimiz yolumuzun üzərində tank əleyhinə mina aşkarladı. Təhlükəsizliyimiz təmin edildi. Minanı tapan əsgərimiz Mərdəli Aşurov idi. Onun digər əsgər yoldaşları, komandirləri də orada idi. Sonra minanı zərərsizləşdirdilər və olacağı ciddi bir faciənin qarşısını aldılar".
S. Hüseynov xatırladıb ki, 2020-ci ilin noyabrın 10-da imzalanan kapitulyasiya aktından sonra Kəlbəcər rayonu bizə təhvil verilməli idi:
"Ermənilər əlavə vaxt istədilər. Ölkə rəhbəri də humanizm göstərərək onlara 15 gün əlavə vaxt verdi. Və həmin dövrdə ermənilər evləri yandırdılar, dağıtdılar, oradan çıxarkən ərazini minaladılar.
Məqsəd məcburi köçkünlərin geriyə qayıtmasını əngəlləməkdir. Yəni, bu əraziləri çirkləndirirlər, mina xəritələrini vermirlər. Verdikləri mina xəritələrinin 80%-i isə feykdir.
Biz də bütün keçmiş məcburi köçkünlər dünyadan, beynəlxalq təşkilatlardan kömək istəyirik ki, bu mina ilə çirklənmiş ərazilərin təmizlənilməsində bizə kömək etsinlər. Çünki bu gün minadan təmizlənmə ümumi problemdir, bahalı bir prossesdir. Bu işdə dünya bizə kömək etməlidir", - şöbə müdiri vurğulayıb.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə bu günədək Müdafiə Nazirliyinin mühəndis-istehkam bölmələri tərəfindən 15000 hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə, 6095 ədəd piyada əleyhinə, 2172 ədəd tank əleyhinə və 9368 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
ANAMA xətti ilə isə bu günədək 8612 ha ərazi təmizlənib, 14757 ədəd PHS, 10838 ədəd piyada əleyhinə mina, 5183 ədəd tank əleyhinə mina olmaqla, 30778 ədəd mina və PHS zərərsizləşdirilib.

Sosial       Tarix: 19 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler son.xeber son xabarlar azerbaycan son xeber bugun