Kənd qadınları məişət zorakılığına qarşı güclərini birləşdirdilər - FOTOLAR

Onlar çox zaman susarlar. Dilləri deyil, gözləri anladar yaşadıqlarını, acılarını... Param-parça olmuş xəyallarını…Onlar qadınlardır, əməkçi, zəhmətkeş, ailəsi, övladının gələcəyi uğrunda hər bir fədakarlığa hazır olan kənd qadınlarımız. Məruz qaldıqları məişət zorakılığı, erkən nikah bəlası üzündən həyatını istədiyi kimi qura bilməyən, bəzən hüquqlarını, bəzən də müdafiə üçün üz tutacaqları ünvanı tanımayan qadınlar güclərini birləşdirmək, mübarizə aparmaq üçün dekabrın 17-də bir araya gəldilər. 44 rayondan yüzlərlə əməkçinin təmsil olunduğu Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) arasında "Təmiz Dünya" Qadınlara Yardım İB ilə əməkdaşlıq memorandumu imzalandı. 
Ən ucqar kəndlərdən bu maraqlı sosial təşəbbüs üçün gələn 30-a yaxın qadını sevindirən başqa məqam da vardı. Belə ki, həm onlara, həm də AKQA-nın bütün üzvlərinə min bir çətinliklə hasilə gətirdikləri məhsulları satmaq üçün müasir, əlverişli plarforma təqdim olundu. USAİD tərəfindən maliyyələşən www.arwa.az saytında bundan sonra kənddən çıxmadan, alıcını gözləmək dərdi çəkmədən, şaxtada-istidə saatlarla durmadan, vaxt itirmədən onlayn satış etmək mümkün olacaq. AKQA-nın sədri Gülbəniz Qənbərova vəd etdi ki, qadınlarımızın resutrsdan səmərəli istifadə etmələri, texnoloji bacarıqlarının təkmilləşdirilməsi baxımından qurum əlindən gələni əsirgəməyəcək və hər mərhələdə onların yanında olacaq. 
Beləcə bu gün kənd qadınları şəhərdə yığışdılar. Həm FAO Təşkilatının Azərbaycan Hökumətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Qadınların İqtisadi Gücləndirilməsi" Layihəsi çərçivəsində qazandıqları uğurları, qarşılaşdıqları çətinlikləri dilə gətirdilər, həm sosial bəlalara qarşı səssiz qalmayacaqlarını bəyan etdilər, həm dünyanın yeni rəqəmsal tələblərinə uyğunlaşmaq bacarıqlarını göstərdilər, həm də gələnləri çay süfrəsində ləzzətindən doymaq mümkün olmayan təamlarına heyran buraxdılar. 
Kənd qadınları məişət zorakılığına qarşı güclərini birləşdirdilər - FOTOLARKənd qadınları məişət zorakılığına qarşı güclərini birləşdirdilər - FOTOLARKənd qadınları məişət zorakılığına qarşı güclərini birləşdirdilər - FOTOLARKənd qadınları məişət zorakılığına qarşı güclərini birləşdirdilər - FOTOLARKənd qadınları məişət zorakılığına qarşı güclərini birləşdirdilər - FOTOLARKənd qadınları məişət zorakılığına qarşı güclərini birləşdirdilər - FOTOLAR

Sosial       Tarix: 18 dekabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər cəbhədən video xəbər.az bugünki xəbərlər