Keniya Baş prokuroru "Asan Xidmət" və "Hərbi Qənimətlər Parkı"nda oldu
Baş prokuror Kamran Əliyevin dəvəti ilə Keniyanın Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.
azxeber.com xəbər verir ki, keniyalı prokurorlar ölkəmizin prokurorluq orqanlarının, o cümlədən Baş Prokurorluğun yeni inzibati binasında yerləşən struktur qurumlarının, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Bakı şəhər prokurorluğunun fəaliyyəti ilə tanış olublar.
Məhkəmə orqanlarının fəaliyyəti ilə tanışlıq məqsədilə nümayəndə heyəti Yasamal rayon məhkəməsində olub. 7 saylı ASAN Xidmətin fəaliyyəti ilə tanışlıq isə qonaqlarda yüksək təəssürat yaradıb.
Bundan başqa, qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub, onlara Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.
Heyət 44 günlük Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistan dövlətini döyüş meydanında məğlub etməsi nəticəsində ələ keçirdiyi hərbi qənimətlərin nümayiş olunduğu "Hərbi Qənimətlər Parkı"nda olu, qalibiyyətimizin əbədiləşdirilməsinə xidmət etməklə xalqımızın qürur mənbəyi hesab olunan Park qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Keniyanın Baş prokuroru Renson İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.




Turlar.az [newsid: 0-123300]

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi