Keşiş olmaqdan imtina etdi, qəhrəmanının ölümünü arzuladı - Komissar Kattani haqqında bilmədiklərimiz - FOTO

Keşiş olmaqdan imtina etdi, qəhrəmanının ölümünü arzuladı - Komissar Kattani haqqında bilmədiklərimiz - FOTOKeşiş olmaqdan imtina etdi, qəhrəmanının ölümünü arzuladı - Komissar Kattani haqqında bilmədiklərimiz - FOTO
Mikele Plaçido 19 may 1946-cı ildə İtaliyanın cənubunda yerləşən Askoli-Satriano şəhərində kasıb və çoxuşaqlı ailədə dünyaya gəlib. Gələcəyin aktyoru ilk təlim-tərbiyəsini şəhərdə yerləşən kilsədə almağa başlayır, gələcəkdə keşiş olmaq istəyir. Lakin zaman keçdikcə onun dəliqanlı yeniyetməlik dövrü başlanır. O, dərslərə az-az gəlməyə, daha çox öz xasiyyətində olan yaşıdları ilə gəzib, əylənməyə başlayır. Getdikcə Mikele belə xasiyyəti ilə keşiş olmayacağını anlayır. Bir gün o, müqəddəs ataya öz günahlarını etiraf edir, qadınlara və qızlara olan ehtirasından söz açır. Ertəsi günü Mikelenun atasını məktəbə çağırırlar və ona oğlunu başqa məktəbə keçirmələrini məsləhət görürlər.
Orta məktəbi bitirdikdən sonra Mikelo kollecə daxil olur. Daha sonra isə hərbi xidmətə yola düşür. Hərbi xidməti başa vurub qayıdandan sonra gələcəyin aktyoru bir müddət polis işçisi kimi fəaliyyət göstərməyə başlayır. Lakin aktyorun sözlərinə görə hələ gənclik illərindən onun ən böyük arzusu aktyor olmaq olub.
Keşiş olmaqdan imtina etdi, qəhrəmanının ölümünü arzuladı - Komissar Kattani haqqında bilmədiklərimiz - FOTOEhtiyacdan kinoya gəlmə məcburiyyəti...
Elə bu arzu ilə də o, Roma Milli Dram və İncəsənət akademiyasına daxil olur. Təhsillə yanaşı o, məşhur İtaliya rejissoru Luki Rankoninin teatrında aktyor kimi fəaliyyət göstərir. Teatrı sevən və özünü orada görən aktyor kino haqqında o qədər də düşünmür və bir çox teatr həmkarları kimi kinoya snobizm duyğularla yanaşır. Lakin zaman keçdikcə vəziyyət və Mikelenin kinoya qarşı olan fikirləri dəyişir.
Teatrdan aldığı məvacib az olduğu üçün Mikele səkkiz uşağa baxan ata və anasına pul yollaya bilmirdi. Elə ailəsinə kömək etmək məqsədi ilə də bir müddət sonra aktyor ona gələn kino təkliflərini dəyərləndirməyə başlayır. Onun ilk ekran işi rejissor Alberto Neqrinanın 1972-ci ildə ekranlaşdırdığı "Oğlan" filmi olur. Az sonra isə Mikele Karlo De Palmonun çəkdiyi komediya filmində Tonino Santito obrazını ifa edir. 1974-cü ildə isə Plaçido Mario Moniçellinin "Xalq romanı" filmində ilk dəfə baş rol ifa edir. Romanzo Popolare rolu ona öz vətənində çox böyük uğur gətirir və aktyor daha çox filmə dəvətlər alır. Karyerasının başlanğıcında Mikele kinoya əlavə gəlir gətirən bir sahə kimi baxır. Əsas iş yeri olaraq isə teatrı görürdü. 70-ci illərin sonunda o, öz yaradıcılıq imkanlarını genişləndirməyə cəhd göstərir. 1978-ci ildə Paskuale Skuiterinin "Karleone" kriminal filminə, 1980-ci ildə o, "Boşluğa tullanma" adlı psixoloji dramda çəkilir. İfa etdiyi bir-birindən fərqli rollar Plaçedoya xeyli uğur gətirir. Və o, İtaliyanın ən nüfuzlu aktyorlarından birinə çevrilir.
Qəhrəman ölməlidir!
Lakin hələ əsl uğur və şöhrət onu qarşıda gözləyir. Belə ki, 1984-cü ildə Damiano Damianinin rejissorluğu və on aparıcı ölkənin birgə layihəsi olan altı hissəli "Sprut" serialı ekranlara çıxır. Mikele Plaçido "Sprut" serialında Komissar Korrado Katani rolunda iştirak edir. Serial ekranlara çıxdığı gündən etibarən bir çox ölkələrdə, eləcə də keçmiş SSRİ-də böyük müvəffəqiyyət qazanır. Filmi uğurlu edən amillərdən biri də Plaçidonun rolu olur. Həmin ifadan sonra aktyor şöhrətin zirvəsinə qalxır. O, özü həmin rol haqqında deyir:
Keşiş olmaqdan imtina etdi, qəhrəmanının ölümünü arzuladı - Komissar Kattani haqqında bilmədiklərimiz - FOTO"Bu serial mənə istər İtaliyada, istərsə də dünyada inanılmaz məşhurluq qazandırdı. İnsanlar məni ilk növbədə Komissar Kattani kimi tanımağa başladılar. Çox vaxtı onlar mənim əsl adımı bilmirdilər. Hərdən mən Afrikaya gedəndə küçədə məni görən uşaqlar əlləri ilə məni göstərib "komissar, komissar!", - deyə qışqırıblar. Mənim üçün də bu rolun əhəmiyyəti çox böyükdür. Çünki həqiqətən də həmin obraza bir heykəltaraş kimi çox zəhmət sərf etmişəm".
Birinci mövsüm "Sprut" ekranlara altı bölümlə çıxdı. Lakin artıq dördüncü bölümdə Mikele öz qəhrəmanının qətlini təkid edir:
"Mən belə qərara gəlmişdim ki, Komissar Kattani nə vaxta qədər filmdə görünə bilər? Bu, sonsuza qədər davam edə bilərdi. Buna görə də dördüncü bölümün çəkilişləri başlanan kimi mən komissarın ölümünü tələb etdim. Bu sözlərimi eşidən prodüser əvvəlcə az qalmışdı məni öldürsün. Lakin sonradan o və başqaları da anladılar ki, mən bu məsələdə haqlıyam və fikrimdən dönməyəcəyəm".
Beləliklə dördüncü bölümdən sonra "Sprut" filmi Mikele Plaçidosuz çəkilməyə başlayır. Lakin əvvəlki şöhrəti artıq heç cür yaxalaya bilmir. 90-cı illərin əvvəllərindən başlayaraq aktyor yenidən özünü kinoya həsr edir. Ancaq aktyor teatra da hədsiz bağlı olduğundan oradakı işini də davam etdirir. Hətta özünü rejissor kimi də sınayır. Onun ilk səhnə işi "Pomidor" adlı tamaşa olur. Aktyor 1991-ci ildə rus rejissoru Vladimr Bortkonun "Əfqan sınığı" filmində rol alır.
Keşiş olmaqdan imtina etdi, qəhrəmanının ölümünü arzuladı - Komissar Kattani haqqında bilmədiklərimiz - FOTO69 yaşlı aktyorun sonuncu çəkildiyi film 2011-ci ildə Covanni Voronazenin ekranlaşdırdığı "Sevgi: içindəkilər və qəbul qaydaları" filmi olub. Bu filmdə Plaçido Robert De Niro və Monika Belluççi ilə tərəf müqabili olub.
Şəxsi həyat...
Mikele Plaçido üç dəfə evli olub. Onun ilk evliliyi gəncliyinin çox erkən yaşlarına təsadüf edir. Hələ polis işlədiyi dönəmlərdə o gənc aktrisa İllari Letsi ilə tanış olur. Evlənməyi arzulamayan Mikele İllarinin hamilə olduğunu bildikdən sonra kilsədə dini nikah kəsdirib ailə qurur. Lakin bu evlilik uzun müddət davam etmir. Aktyor "Ailə günahı" erotik dramına çəkilərkən tərəf müqabili olan aktrisa Simonetta Stefanelliyə aşiq olur. O zamanlar Simonetta xeyli filmdə iştirak etsə də, nədənsə ən çox "Xaç atası" filmində don Korleonenin kiçik oğlu Maykl Korleonenin (Al Paçino) kənddə gizlənərkən ailə qurduğu qadının rolunu ifa edən aktrisa kimi tamaşaçıların yaddaşında qalır.
Keşiş olmaqdan imtina etdi, qəhrəmanının ölümünü arzuladı - Komissar Kattani haqqında bilmədiklərimiz - FOTOBeləliklə Plaçidonun ikinci evliliyi Simonetta ilə olur. Bu evlilikdən onların iki oğlan və bir qız övladları doğulur. Lakin Plaçido Simonettaya xəyanət edir. O tez-tez gənc aktrisa Vircinya Aleksandra ilə görüşməyə başlayır. Günlərin birində Vircinya ona hamilə olduğunu deyir. Placido evlənməyəcəyini, lakin uşağa və ona baxacağını deyir. Bir neçə il bu gizli münasibət davam edir. Həmin ərəfədə Simonetta da hamilə qalıb dünyaya oğlan övladı gətirir. Ancaq bir gün hər şey əyan olur. Simonetta ərinin onu illərlə aldatdığını və onun qeyri-qanuni övladı olduğunu öyrənir. Dava-dalaş, uzun söz-söhbətlər küskünlüklə nəticələnir. Simonetta Mikeledən boşanıb uşaqları ilə birgə Londona köçür.
2006-cı ilə qədər subay həyat keçirən aktyor üçüncü dəfə ailə həyatı qurur. Onun budəfəki seçimi özündən 38 yaş kiçik olan aktrisa Federike Vinçenti olur. Cütlüyün Qabriel adlı bir oğlu olur. On ilə yaxındır davam edən bu evlilik 69 yaşlı Mikele Plaçidonu hələ də xoşbəxt etməkdədir.
Kulis.az

Maraqlı       Tarix: 20 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan


yeni xeberler son xeberler azerbaycan xeberleri dunyada son xeberler son xeber az xabarlar metbuat xeberleri