Kifayət qədər yağ yeməyən uşaqlarda hansı problemlər yaranır?
Qidanın tərkibinə daxil olan yağlar həm südəmər, həm də məktəbəqədər uşaqlar üçün əsas enerji mənbəyi olmaqla yanaşı, onları əvəz edilməyən yağ turşuları, yağda həll olan A,D,E və K vitaminləri ilə təmin edir.
Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə, enerjinin təqribən 50%-i ana südünün tərkibindəki yağların hesabına hasil olur. İstər bitki, istər heyvan mənşəli qida məhsullarının tərkibindəki yağ özündə bütün növ lipidləri birləşdirir:
"Heyvan mənşəli qida məhsullarının tərkibindəki yağlar (ət, inək südü) əsasən doymuş yağ turşularından, bitki mənşəli qida məhsulları və balıqda isə mono və poli doymamış yağ turşularından ibarətdir. Orqanizmə kifayət qədər yağ daxil olmadıqda, uşaqlarda boy artımında ləngimə və müxtəlif növ digər pozulmaların olması, inkişafın sonrakı mərhələlərində isə ürək-damar xəstəlikləri riskinin olması barəsində bəzi epidemioloji məlumatlar da mövcuddur. Hiperxolesteremiya xəstəliyi olan uşaqların qida rasionunda yağ istehlakına xüsusi diqqət yetirilməlidir".
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ