Kılıçdaroğlu bunu hər kəsdən gizlədib - "Foreign Policy"

Kılıçdaroğlu bunu hər kəsdən gizlədib - "Foreign Policy" yazır ki, Türkiyədə hakimiyyətə gəlmək istəyənlər S-400 sistemlərini Rusiyaya qaytarmaq istəyir, əvəzində…
"Müxalifətdən prezidentliyə namizəd Kamal Kılıçdaroğlu anketlərdə lider olsa belə, Ərdoğanın uduzacağına inanmaq çətindir"- "Foreign Policy"("Xarici siyasət") nəşrinin Türkiyədəki seçki ərəfəsi vəziyyətlə bağlı dərc etdiyi məqalədə belə deyilir.
Nəşr xatırladır ki, Ərdoğan 2003-cü ildən hakimiyyətdədir – əvvəl baş nazir, sonra isə prezident olub. Ərdoğan və onun lideri olduğu AKP hakimiyyətlərini təmin etmək üçün siyasi institutları yenidən formalaşdırıb, hərbi komandanlıq da Ərdoğana sadiqdir.
Qərbi düşündürən "Kılıçdaroğlunun hipotetik qələbəsi Ankaranın xarici siyasəti üçün nə deməkdir"sualına diqqət edən nəşr yazır:  "Qərb analitikləri etiraf edir ki, Kılıçdaroğlu və tərəfdaşlarının ölkəni necə idarə edəcəklərini söyləmək çətindir. Kılıçdaroğlunun vahid namizədi olduğu "Millət İttifaqı" ideoloji cəhətdən müxtəlif, bəlkə də tək Ərdoğana nifrətə görə birləşmiş koalisiyadır. Qərb müşahidəçiləri Kılıçdaroğlu qalib gəlsə belə, onun və komandasının Türkiyənin siyasi institutlarında əsaslı dəyişikliklərin asan nail olacağına şübhə ilə yanaşırlar.
Kılıçdaroğlu bunu hər kəsdən gizlədib - "Foreign Policy" yazır ki, müxalifət Türkiyənin fəal xarici siyasət fəaliyyətinə son qoyacağını bəyan edir. Eyni zamanda, hakimiyyətə iddialı koalisiya Aİ-yə üzvlük prosesini bərpa etmək və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra etmək istəyir.  Hakimiyyətə iddialı düşərgə Türkiyənin əldə etdiyi S-400 hava hücumundan müdafiə sistemlərini Rusiyaya qaytarmaq, ABŞ-la birgə F-35 proqramına qayıtmaq üçün təşəbbüs göstərəcəyini bildirib.
Eyni zamanda, Kılıçdaroğlu Suriya prezidenti Bəşər Əsədlə münasibətləri normallaşdıracağına söz verir. Deməli, Dəməşqin Kılıçdaroğlunun Türkiyə dövlətinin başçısı kimi (təbii ki, nəzəri qələbəsi olduğu halda) ilk səfərlərindən biri olacağı ehtimalı böyükdür.
Nəşr diqqət edir ki, müxalifət seçkidən əvvəl açıqladığı sənəddə ABŞ-ın adı çəkilmir. "Bu, yəqin ki, türklərin Vaşinqtonun Türkiyəyə açıq-aşkar mənfi münasibəti  ilə bağlıdır. Kılıçdaroğlu son 10 ildə iki dəfə ABŞ-a səfər edib, hər iki dəfə səfərin təfərrüatını  türk mətbuatından və  opponentlərindən gizlətməyə çalışıb" deyə, nəşr yazır.
Kılıçdaroğlu bunu hər kəsdən gizlədib - "Foreign Policy" yazır ki, Qərb analitikləri 74 yaşlı Kılıçdaroğlunun seçildikdən sonra prezident insitutunun zəiflədilməsi, yenidən möhkəmləndirilmiş parlament üsul-idarəsinə qayıdacağı vədinə şübhə ilə yanaşırlar:  "Necə əmin ola bilərsiniz ki, prezident kimi möhkəmləndikdən sonra  Kılıçdaroğlu vəzifəsini tərk etmək istəyəcək? Axı siyasətçilər ümumiyyətlə, hakimiyyəti əldən verməyi yox, toplamağı sevirlər. Bundan əlavə, Türkiyənin yeni prezidentinin daha sərt müxalifətlə qarşılamaşacağı ehtimalı da var".//Musavat.com / konkret.az

Siyasi       Tarix: 15 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla


azerbaycan xeberleri son xeberler yeni xeberler gunun xeberleri kriminal siyaseti xeberler bugun krminal bu gun