Kim boynuna alacaq ki, rüşvət alıb yerləri satmışam' - Almaxanımdan AÇIQLAMA

Kim boynuna alacaq ki, rüşvət alıb yerləri satmışam' - Almaxanımdan AÇIQLAMA"Siyavuş Kəriminin etdiyi əməlləri qəbul etməməsi, mənim dediklərimi təkzib etməsi normaldır. Kim boynuna alacaq ki, mən rüşvət almışam, yerləri satmışam".
Bu sözləri azxeber.com-a açıqlamasında son günlər mədəniyyət sahəsindəki problemdən danışan müğənni Almaxanım Əhmədli deyib.
Almaxanım bildirib ki, bu məsələdə sonuna qədər getməyə qərarlıdır:
"Mən nə demişəmsə, düz demişəm, sonuna qədər də getməyə qərarlıyam. Siyavuş Kəriminin etdiyi əməlləri qəbul etməməsi, mənim dediklərimi təkzib etməsi normaldır. Kim boynuna alacaq ki, mən rüşvət almışam, yerləri pul ilə satmışam? Milli Konservatoriyanın daxilində keçirilən muğam müsabiqəsində mən qalib olandan sonra qazandığım məbləği Siyavuş Kərimi əlimdən aldı və guya konservatoriyanın fonduna ödədi. Çünki o, münsiflər heyətinin rəhbəri idi. İkinci kursda olanda mənə məcburi şəkildə ərizə yazdırmışdılar və pulu əlimdən almışdılar. Ərizəm hələ də orada qalıb. Amma mən o zaman da bu məsələyə etirazımı bildirmişdim. Hətta buna görə də Siyavuş Kərimi məni Beynəlxalq Muğam Müsabiqəsinə buraxmadı, çünki yerləri pulla satırdı. İllərlə bu belə davam edib və həmişə də bu adam yerləri satıb".
Almaxanım onu da bildirib ki, Milli Konservatoriyada bu problemlə üzləşən tək tələbə o olmayıb:
"Siyavuş müəllimin mənimlə yola getməməsinə səbəb bütün bu olanlara etiraz etməyim, yerimin satılmağına qarşı çıxmağım olub. Əgər mən bir yeri pul ilə qazanacağamsa, bu mənim nəyimə gərəkdir? Bu problemlə üzləşən tək tələbə mən deyildim. Amma onlar qorxurlar deyə danışmırlar".
Xatırladaq ki, Baku TV-nin "Aktual Gündəm" verilişində qonaq olan müğənni Almaxanım Əhmədli Siyavuş Kərimi haqda "Opera da, Milli Konservatoriya da mədəniyyət sahəsidir. Siyavuş Kərimi özü də bir Xalq artisti olmasına baxmayaraq, o gün müsahibəsində bildirib ki, fəxri adlar pulla verilib. Axı sən özün də yerləri pulla satırdın. Respublika muğam müsabiqəsində və beynəlxalq müsabiqədəki qaliblərin yerlərini. Bu, iddia deyil, mənim orada ərizəm var. Məni məcbur etdilər ki, qazandığım 5 mini könüllü fonduna keçirim", - deyə iddialar səsləndirmişdi.
Aysel Hacızadə

Şou Biznes       Tarix: 21 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler az xeber saytlari idman xeberleri cəbhədən xəbərlər