Kim Çen In Putinə iki nadir ov iti HƏDİYYƏ ETDİ - FOTO
Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə iki Pungsan ov iti hədiyyə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Jurnalistlərin fikrincə, bu, ölkədən kənarda heç kəsə demək olar ki, məlum olmayan son dərəcə nadir cinsdir.
Bundan əvvəl Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə KXDR-in ən yüksək dövlət mükafatı – Kim İr Sen ordenini təqdim edib. Mükafatlandırma mərasimi iyunun 19-da Pxenyanda baş tutub. Kim Çen In qeyd edib ki, Putinə ordeni təqdim etmək onun üçün böyük şərəfdir. O vurğulayıb ki, bu, Rusiya ilə Şimali Koreya arasında münasibətlərin inkişafında xüsusi xidmətlərinə görə Rusiya liderinə sərhədsiz hörmət və etimadın ifadəsidir.
Buna cavab olaraq NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya ilə KXDR arasında razılaşma Qərbi daha da birləşdirməlidir. Onun sözlərinə görə, bağlanan Tərəfdaşlıq Sazişi Rusiya və KXDR-in qarşılıqlı dəstəyini nümayiş etdirir. Ona görə də Moskva, Pxenyan, Pekin və Tehranın birliyinə cavab olaraq Qərb ölkələri əməkdaşlığı daha da genişləndirməlidir. (Sfera.az)


İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı