Kim Çen In Şimali Koreyada aclıq təhlükəsini elan etdi

Kim Çen In Şimali Koreyada aclıq təhlükəsini elan etdiKoreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin plenumunda çıxışı zamanı ölkədə mümkün ərzaq çatışmazlığı haqqında bildirib.
Bu barədə "Nodon sinmun" qəzeti məlumat yayıb.
"Ötənilki tufanın vurduğu zərərə görə taxıl istehsalının artımı üzrə plan yerinə yetirilməyib, bununla əlaqədar olaraq hazırda əhalinin ərzaqla təminatında gərgin vəziyyət yaranır", - Şimali Koreya lideri deyib.
Kim Çen Inın sözlərinə görə, koronavirusla əlaqədar karantin tədbirlərinin müddətinin artırılması Koreya Xalq Demokratik Respublikasında "əhalinin geyim, qidalanma və evlə təminatı üçün mübarizənin uzanmasına gətirib çıxarıb".
Bundan başqa, Kim Çen In partiyanı və Şimali Koreyanın xalqını yeni "çətin yürüşə" hazır olmağa çağırıb. Koreya Xalq Demokratik Respublikası tarixində bu termin XX əsrin 90-cı illərində yaranıb. Həmin vaxt ölkə kütləvi aclıq səbəbindən ağırlaşan ağır iqtisadi böhrandan əziyyət çəkib. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 16 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son görüntülər xabar az valyuta mezennesi banklar xeberler bu qun