Kim Çen Inın bacısı: "Cənubi Koreya atdığımız hərbi "yemi" uddu

Kim Çen Inın bacısı: Kim Çen Inın bacısı: "Cənubi Koreya atdığımız hərbi "yemi" uddu"
KXDR silahlı qüvvələri üçüncü gün ardıcıl olaraq Cənubi Koreyanın qərb sahillərində artilleriya təlimləri keçirib.
Bu barədə "Yonhap" agentliyi Koreya Respublikasının Silahlı Qüvvələrindəki mənbəyə istinadən xəbər yayıb.
Agentliyin məlumatına görə, KXDR ordusu Sarı dənizdə yerləşən Yonpxyon adasının şimalında artilleriya atəşini davam etdirir. 
Həmçinin Pxenyan yanvarın 6-da Cənubi Koreyaya atəşi imitasiya etdiyini bildirib. Belə ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon KXDR-in həmin gün Cənubi Koreyaya bir dənə də olsun mərmi atmadığını - aldatma əməliyyatı həyata keçirdiyini bəyan edib.
"Silahlı qüvvələrimiz həmin sulara bir mərmi də atmayıb. Koreya Respublikasının hərbi quldurları bizim atdığımız "yemi" uddular", - deyə Kim Yo Çjon vurğulayıb.
O, bildirib ki, KXDR ordusu sahil artilleriya silahlarından açılan atəş adı altında partlayıcıları 60 dəfə işə salıb.
"Aldatma əməliyyatı Cənubi Koreyanın Şimali Koreyanın fəaliyyətlərini aşkar etməkdə əsl imkanlarını ifşa etmək üçün həyata keçirilib", - deyə o əlavə edib.
Kim Yo Çjonun sözlərinə görə, Cənubi Koreya ordusu partlayışları silah səsi ilə səhv salıb və mərmilərin Sarı dənizin bufer zonasına düşdüyü barədə uydurma iddialar irəli sürüb.
Qeyd edək ki, yanvarın 5-də KXDR Pennyondo adasının şimalındakı Çansan burnu və Yonpxyon adasının şimalındakı Qora burnuna 200 artilleriya mərmisi atıb. Mərmilər Seulda faktiki dəniz sərhədi hesab edilən şimal demarkasiya xəttinin yuxarı hissəsinə düşüb. Adaların yerli sakinləri təxliyə edilib, dəniz və hava hərəkəti dayandırılıb. Buna cavab olaraq Cənubi Koreya hərbçiləri təlimlər keçiriblər.
Mənbə: Kommersant.ru / oxu.az

Maraqlı       Tarix: 07 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler kriminal xeberler metbuat xeberleri iqtisadiyyat xeberleri bugun