Kimlər amnistiya ediləcək? - Deputat açıqladı
Xəbər verdiyimiz kimi, Milli Məclisdə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" parlamentin qərar layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra qərar layihəsi bir oxunuşda qəbul edilib.
Milli Məclisin deputatı Fazil Mustafa azxeber.com-a açıqlamasında deyib ki, bu, ən böyük amnistiya aktıdır:
"Tariximizdə bu, ən böyük amnistiya aktıdır. 20 min nəfərə şamil olunacaq. Onlardan təxminən 5 min nəfər azadlıqdan məhrumetmə cəzasından azad ediləcək. Əsas prioritet Qarabağ müharibəsində iştirak etmiş şəxslərə verilir".
Parlamentari vurğulayıb ki, amnistiya Prezidentin hümanist addımlarının davamıdır:
"Bu mövzu ətrafında kifayət qədər müzakirələr aparılacaq və bütün insanlar bunu müsbət qarşılayacaq. Prezident İlham Əliyevin humanist addımlarının davamı olaraq, indiyə qədər 71-dən artıq əfv sərəncamı verilib. İndi isə 13-cü amnistiya qərarı qəbul olunub. Amnistiya aktı insanlara yeni şans verir və onları daha məsuliyyətli olmağa çağırır. Konstitusiya ilinə həsr olunması isə Prezidentin bu mövzuya verdiyi böyük əhəmiyyətin göstəricisidir".
Şahanə Ziyad

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib