Kimlərə kələm olmaz? Mütəxəssis cavablandırır - FOTO

Kimlərə kələm olmaz? Mütəxəssis cavablandırır - FOTOKimlərə kələm olmaz? Mütəxəssis cavablandırır - FOTO
Bağırsaq xəstəlikləri, xüsusən də enterokolit olan insanlar qida rasionundan kələmi istisna etməlidirlər. Bu barədə rusiyalı endokrinoloq və dietoloq Tatyana Boçarova xəbərdarlıq edib.
Onun sözlərinə görə, kələmdəki lif şişkinlik və köpə səbəb olur, həmçinin xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.
Həkim bildirib ki, qaba lif kələmi çətin həzm olunan qidaya çevirir. O bildirib ki, bu tərəvəz xüsusilə mədə-bağırsaq əməliyyatı keçirənlər üçün zərərlidir. Belə insanlarda orqanizm bərpa olunur.
Həmçinin, iki yaşa qədər kiçik uşaqlar üçün kələmdən imtina etmək daha yaxşıdır.
Boçarova kələmin pankreatit üçün də zərərli olduğuna diqqət çəkib. Belə bir xəstəliyi olan insanlar üçün bu tərəvəzi yemək mümkündürsə, onda yalnız qaynadılmış və ya bişmiş (gündə 100 qramdan çox olmamaq şərti ilə) halda istifadəyə icazə verilir.
Kimlərə kələm olmaz? Mütəxəssis cavablandırır - FOTOBununla belə, miqdarında istifadə olunarsa, xüsusilə də "C" vitamini ilə zəngin olan kələm çox faydalı tərəvəzlərdən biridir. "C" vitamini immun sisteminə müsbət təsir edir, damarların divarlarını bərkidir, iştah artırır, həmçinin təbii antioksidantdır və orqanizmdə gedən qocalma prosesləri ilə mübarizə aparır.
Kələmin tərkibindəki nadir "U" vitamini isə selikli qişalarda olan zədələnmələri bərpa edir.
Bundan əlavə bu faydalı tərəvəz "K", "PP", "B" qrupu vitaminlər və kalsium, kalium, dəmir, sink, fosfor, yod  kimi mineral maddələrlə zəngindir.
Təzə kələm (misal üçün, kələm salatları) qəbizliklə mübarizədə ən yaxşı və sınanmış vasitələrdən biridir. Bu tərəvəz orqanizmi toksinlər və digər ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir. Həmçinin yodla zəngindir; Bu mikroelement beyinin və qalxanavari vəzin normal fəaliyyəti üçün olduqca vacibdir.
Kimlərə kələm olmaz? Mütəxəssis cavablandırır - FOTOKələm müxtəlif dəri xəstəlikləri, artrit, podaqra zamanı köməkçi müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün kələm yarpağını zədələnmiş dəriyə və ya oynağa kompres şəklində qoyurlar.
Bu tərəvəz kosmetologiyada da geniş istifadə olunur. Ondan hazırlanan maskalar üz dərisinə çox müsbət təsir edir - dərini cavanlaşdırır, ağardır, daha elastik edir.
Kimlərə kələm olmaz? Mütəxəssis cavablandırır - FOTO

Maraqlı       Tarix: 24 noyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun hava proqnozu son xabarlar son.xeberler