Kimlərin müalicə sanatoriyalarında ödənişsiz istirahət hüququ var? - RƏSMİ AÇIQLAMA

Kimlərin müalicə sanatoriyalarında ödənişsiz istirahət hüququ var? - RƏSMİ AÇIQLAMA"Hazırda Azərbaycanda 1 700 000 nəfərə yaxın əmək fəaliyyəti ilə məşğul olan, yəni sosial sığortaya cəlb olunan şəxs var. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəsaitləri hesabına pensiya alan təqaüdçülərin sayı isə 1 500 000 nəfərə yaxındır.
Əgər fonda sığorta haqqı ödəyənlərin və pensiyaçıların ailə üzvlərini də buraya əlavə etsək, dövlət büdcəsi vəsaiti hesabına 4 milyon nəfərdən artıq şəxsin müalicə sanatoriyalarına yollayış almaq hüququ var".
Bu sözləri "Bizim.media"ya açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov deyib.
Onun sözlərinə görə, il ərzində DSMF büdcəsinin vəsaiti hesabına maksimum 20 000 nəfər yollayışla təmin olunur:
DSMF vəsaitləri hesabına alınmış yollayışlar əsasən müalicə müəssisələrinə verilir ki, bunun da əsas hissəsi Abşeron yarımadasında yerləşir. Yollayışların az bir qismi Naftalan, Şabran, Nabran inzibati ərazi vahidlərində yerləşən müalicə və istirahət müəssisələrinə verilir.
"Bunlardan əlavə vətəndaşlar üzv olduqları həmkarlar ittifaqları təşkilatlarının öz büdcəsi, yəni toplanmış üzvlük haqları hesabına da yollayış əldə edə bilərlər. Həmkarlar İttifaqı təşkilatlarına toplanmış vəsaitlər hesabına il ərzində orta hesabla 150 000 nəfərə yaxın həmkarlar ittifaqı üzvü yollayışla təmin olunur.
Həmkarlar İttifaqına toplanan üzvlük haqları hesabına isə Abşeron yarımadası, Nabran, Quba, Qusar, İsmayıllı, Şamaxı, Qəbələ, Lənkəran, Masallı, Lerik, Naftalan inzibati ərazi vahidlərində yerləşən istirahət və müalicə müəssisələrinə yollayışlar alınır.
Dövlət qurumları, xüsusən də təhsil və səhiyyə sahəsində çalışan işçilər də ən çox yollayış alan vətəndaşlar kateqoriyasına daxildirlər. Belə ki, təkcə ötən il həm DSMF, həm də Həmkarlar İttifaqlarının öz büdcə vəsaitləri hesabına alınmış (turist səfərləri istisna olmaqla) 65 000 yollayışdan 35 600 ədədi dövlət qurumları, o cümlədən 19 700 ədədi təhsil, 8 200 ədədi isə səhiyyə müəssisələrində çalışan işçilərə verilib".
Şöbə müdiri, təmsil etdiyi qurum tərəfindən vətəndaşlara yollayışın verilmədiyini də diqqətə çatdırıb:
"Konfederasiya tərəfindən ilin əvvəlində yollayışın bölgüsü aparılır və bölgü əsasında alınaraq yalnız sahələrdə ilk həmkarlar ittifaqı komitələri tərəfindən vətəndaşlara verilir. DSMF vəsaitləri hesabına alınmış yollayışlar vətəndaşlara dəyərinin 15%-i ödənilməklə, yollayışların sayının 10%-i isə tam güzəştlə, yəni pulsuz olaraq bu quruma sosial sığorta haqqı ödəyən vətəndaşlara verilir.
Həmkarlar İttifaqının büdcəsinin vəsaitləri hesabına alınmış yollayışların verilmə ödənişini isə həmkarlar ittifaqı təşkilatları öz qərarları ilə müəyyən edirlər. Orta hesabla bu ödəniş yollayışın dəyərinin 20%-ni təşkil edir".
R.Nəsirov, yollayışların növbəlilik qaydasında kimlərə verilməsinin də həmkarlar ittifaqı təşkilatları tərəfindən müəyyən edildiyini vurğulayıb:
"Həmkarlar İttifaqı üzvlərinin istirahət müəssisələrinə tələbatını ödəmək məqsədilə təhsil, dövlət, dəmiryol, səhiyyə, dəniz nəqliyyatı, rabitə işçiləri Həmkarlar İttifaqı respublika komitələri öz büdcə vəsaitləri hesabına istirahət müəssisələri tikərək istifadəyə veriblər. Bu müəssisələrdə hər il 7000 nəfərə yaxın həmkarlar ittifaqı üzvləri istirahət edir".
AHİK rəsmisi sonda, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi vəsaiti hesabına sanatoriya-kurort və istirahət müəssisələrinə alınmış yollayışları əldə etmək hüququna malik olan şəxslərin siyahısını da təqdim edib. Bu siyahıya DSMF-yə sosial sığorta haqqı ödəyənlər, DSMFvəsaitləri hesabına pensiya alan təqaüdçülər, DSMF sosial sığorta haqqı ödəyənlərin və pensiyaçıların ailə üzvləri, əlilliyə görə pensiya alan hərbi qulluqçular daxildir. / azxeber.com

Sosial       Tarix: 08 oktyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan vasitəsilə Rusiyadan Ermənistana buğda göndərildi + YENİLƏNİB

Azərbaycandan tranzit keçməklə Rusiya mənşəli buğda Ermənistana göndərilib. KONKRET.azxəbər verir ki, Azərbaycandan tranzit keçməklə ümumi çəkisi 490 ton olan 7 vaqon yüklü Rusiya mənşəli buğda Ermənistana yola salınıb. * 

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Mingəçevir şəhərində payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bir sıra ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq. xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirili

İşçilərə şad xəbər: Çalışdığınız şirkətdə pay sahibi ola biləcəksiniz

Azərbaycanda işçilərin çalışdıqları şirkətlərdə pay və ya səhm sahibi olmasına imkan yaradan yeni müqavilə növünün tətbiqi nəzərdə tutulur. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

WhatsApp'da mesaj menyusu dəyişdi

"WhatsApp" Android istifadəçiləri üçün yeni funksiyanı sınaqdan keçirir. -a istinadən xəbər verir ki, "WhatsApp" Android versiyasında mesaj menyusunun dizaynını yeniləməyə hazırlaşır. Yeni funksiyaya əsasən

Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı

2014-cü ildə birinci sinfə qəbul olunan 146 min 62 şagirddən təxminən 0,8 faizi orta məktəbi başa vurmayıb. xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dər

Küvəzdə qalan körpələr 'dahi' olmur - Həkim həqiqəti açıqladı

Küvəzdə qalan uşaqların gələcəkdə dahi olması və ya cinsi problemlər yaşaması ilə bağlı cəmiyyətdə müxtəlif iddialar mövcuddur. Tibb mütəxəssisləri inkubator mühitinin gələcək zehni qabiliyyətlərə və ya bioloji reprodukti

Aclığı saatlarla unutduran 3 qida - Dietoloqlar sirri açdı

Mütəxəssislər uzun müddət toxluq hissi yaradaraq gün ərzində artıq qida qəbulunun qarşısını alan qidaların siyahısını açıqlayıblar. -a istinadən xəbər verir ki, araşdırmalara görə, zülal və liflə zəngin qidalar aclıq hissin

Space' TV-də yüksək vəzifəyə təyinat

"Space" televiziyasına yeni bədii rəhbər təyin olunub. -a istinadən xəbər verir ki, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"i

Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb

Cəlilabadda montyoru elektrik cərəyanı vurub. Hadisə Mirzəli kəndi ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Qarakazımlı kənd sakini Fariz Məmmədov elektrik dirəyində təmir-bərpa işləri apararkən onu cərəyan vurub


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər bugün 2026 sonxəbər maraqlı xəbərlər en yeni xeberler