Kiselyov: "Rəsmi Bakının icazəsi lazımdır
"Sputnik" radiosunun Qarabağda yayımının dayandırılması Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın 1991-ci il sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımağa hazır olması barədə bəyanatı ilə bağlıdır.
azxeber.com "oxu.az"a istinadən xəbər verir ki, bunu "Russia Today" media qrupunun baş direktoru Dmitri Kiselyov Dövlət Dumasının deputatı Konstantin Zatulinin məktubuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, bundan sonrakı yayım üçün rəsmi Bakıdan icazə lazımdır.
"Biz bu bəyanatdan çıxış edərək hesab edirik ki, Azərbaycanın tənzimləyici orqanlarının razılığı olmadan Qarabağ ərazisində radiokanalımızın retranslyasiyasının davam etdirilməsi Moskvanın Bakı ilə münasibətlərinin səmimiliyinə şübhə yaradır", - deyə o, cavab mətkubunda yazıb.
Eyni zamanda, məktubda vurğulanır ki, Rusiya ənənəvi olaraq hər iki ölkə ilə - Azərbaycan və Ermənistanla yaxşı münasibətlər saxlayır.
Xatırladaq ki, bir müddət əvvəl Nikolay Zatulin öz "Telegram" kanalında məktub dərc edərək Kiselyovdan "Sputnik Ermənistan" radiokanalının Qarabağ ərazisində yayımını dayandırmaq qərarına yenidən baxmağı xahiş etmişdi.
Qeyd edək ki, sentyabrın 1-dən Qarabağda radionun yayımı dayandırılır.
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ