Kişi arvadını evinin qarşısına gətirən sürücünü döydü

Kişi arvadını evinin qarşısına gətirən sürücünü döydüŞirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Famil Ömərovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
azxeber.com Pravda.az-a istinadən xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Salyan Rayon Məhkəməsinin hökmü ləğv olunub. Zərərçəkmiş şəxslə barışdığından təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilib və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilib.
İttihama görə, hadisə 2026-cı ildə saat 19 radələrində Salyan şəhəri, M.Dadaşov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında baş verib.
Belə ki, zərərçəkmiş İntiqam Amalov (adı, soyadı şərtidir) hadisə günü Famil Ömərovun həyat yoldaşını onun işlədiyi mağazadan götürərək avtomobillə yaşadığı ünvana gətirib. Təqsirləndirilən şəxs əvvəllər də zərərçəkmişdən arvadını birbaşa evlərinin qarşısında deyil, şadlıq sarayının yaxınlığında düşürməsini xahiş edib. Onun fikrincə, qadının hər dəfə evin qarşısında avtomobildən düşməsi ətrafda əsassız söz-söhbətlərin yaranmasına səbəb ola bilərdi.
Lakin hadisə günü İntiqam Amalov yenidən qadını yaşadığı evin qarşısında düşürdüyü üçün tərəflər arasında mübahisə yaranıb.
Sözlü mübahisə qısa müddətdə fiziki qarşıdurmaya çevrilib. Famil əsəbiləşərək İntiqam Amalova yumruq zərbəsi endirib. Zərbənin təsirindən zərərçəkmiş müxtəlif bədən xəsarətləri alıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, İntiqam Amalovun burnunun yumşaq toxumalarında şişkinlik və qançır, sol gözaltı nahiyəsində qançır, həmçinin burun sümüyünün sınığı müəyyən edilib.
Ekspertiza həmin xəsarətlərin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirildiyini göstərib.
İstintaq orqanı Famil Ömərovun əməlini Cinayət Məcəlləsinin sağlamlığa qəsdən yüngül zərər vurmanı nəzərdə tutan maddəsi ilə tövsif edib.

Sosial       Tarix: 03 avqust 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Hamamda bədbəxt hadisə: 64 yaşlı qadın öldü

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyan

Bu tarixdə Bakıda qaranlıq olacaq

2027-ci il avqustun 2-də nadir astronomik hadisə baş verəcək. Həmin gün Günəş tam tutulacaq və bəzi ərazilərdə gündüz bir neçə dəqiqəlik qaranlığa çevriləcək. Ayın Günəşin qarşısından keçməsi nəticəsində yaranacaq tam Günə

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. xəbər verir ki, Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdər

Bakıda dörd avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

Bakıda dörd müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirili

Bərdədə bədbəxt hadisə: İki yaşlı uşaq hovuza düşüb öldü

Bərdədə 2 yaşlı uşaq hovuzda boğularaq ölüb. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Bərdə şəhəri M.P.Vaqif küçəsində baş verib. Belə ki, 2024-cü il təvəllüdlü Ə.M (Ad şərtidir) valideynlərinin nəzarətində

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ

Bakıda kirayə mənzil tutmaq ailə büdcəsinin ən böyük xərclərindən birinə çevrilib. Xüsusilə 4 nəfərlik ailələr üçün kirayə haqqına ərzaq, kommunal ödənişlər, nəqliyyat və digər gündəlik xərclər də əlavə olunur. Bəs bir ailəni

Kartdan-karta ödənişlərə qarşı təklif - "Bütün mağazalarda kamera olmalıdır

Kartla ödənişlərə tətbiq olunan yeni limitlərə baxmayaraq, bəzi obyektlərdə kartdan-karta ödəniş üsulundan istifadə hələ də davam edir. Belə hallarda bəzi şəxslər bir neçə bank kartından yararlanır, digərləri isə ödənişlər

Neft yenidən ucuzlaşdı

Dünya bazarlarında neft yenidən ucuzlaşıb. KONKRET.azxəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 105,77 dollara, yüngül neftin bir barreli isə 102,29 dollara təklif edilir

Bu şəxslərə 300 manat veriləcək

Pambıqda damcı suvarmadan istifadə edən fermerlərə əlavə dəstək veriləcək. -a istinadən xəbər verir ki, pambıq üzrə məhsul subsidiyası istifadə olunan suvarma texnologiyasına uyğun olaraq diferensiallaşdırılıb. Belə ki, ənənəv


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən video kriminal xəbərlər.com cəbhədən yeni xəbərlər