Kişilər də uşaq "doğur!" - KUVAD sindromu nədir?

Kişilər də uşaq "doğur!" - KUVAD sindromu nədir?Əgər kişi həyat yoldaşının hamiləliyi zamanı həyəcan keçirirsə, həyat yoldaşının keçirdiyi hisləri özündə hiss edirsə bu kuvad sindromu adlanan isterik nevrozdur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Kuvard sindromu Fransızca tərcümədə yumurtalıqların canlanması deməkdir. Sindromu həyat yoldaşları hamilə olan cavan kişilərdə psixogen və psixosomatik dəyişikliklərin birgə təzahürüdür. Bu zaman qadının keçirdiyi pataloji hissləri həyat yoldaşı da keçirir. Məsələn hamilə qadının iştahı pozulursa və ya ağrı hiss edirsə, həyat yoldaşı da həmin hissləri keçirir.
Sindromun əsas simptomlarına aiddir:
-Səhərlər ümumi zəiflik
-iştahanın pozulması, artması və ya azalması
-hər gün baş verən ürəkbulanma
-tez-tez yaranan qəbzlik və ya əksinə diareya,
-mədə-bağırsaq sancıları, qarnın aşağı nahiyəsində ağrı
-bel nahiyəsində ağrı
-psixogen diş ağrıları
-Simpatik ağrılar. Bu o deməkdir ki, qadın hansı nahiyədə ağrı hiss edirsə, kişi də həmin yerdə ağrı hiss edir.
Bu simptomlar dəyişkən emosional hal, əsəbilik, depressiya, daxili gərginlik, yuxusuzluq, şıltaqlıq, dözümsüzlük və s. kimi xüsusiyyətlərlə müşayiət olunur. Adətən bu sindromda hamiləlik diskomfortu həzm sistemi əlamətlərinə uyğun olur.
Sindrom nə zaman hiss olunur?
Bir qayda olaraq həyat yoldaşının hamiləliyinin 3 aylığında hiss edirlər, pik nöqtəsinə isə 9 aylığında çatırlar. Doğuş vaxtı gələndə kuvad sindromu əlamətləri daha da artır. Xəstələrin bəzələrində simptomlar ilkin olaraq kəskin olur, doğuşa yaxın isə tam keçir, digərlərində isə əlamətlər yalnız doğuşdan sonra, hamilə qadında doğuşdan sonrakı ağırlaşmalar aradan qalxdıqdan sonra keçir. Kişinin vəziyyətinin ağırlıq dərəcəsi onun qadının doğuşu haqqında nə fikirləşdiyindən asılıdır. Doğuş zamanı kişi həyəcanlanır, tez-tez zəng vurur, soruşur. Doğuş normal başa çatdıqdan sonra o da sakitləşir.
Hansı kişilər sindroma tutulur?
Adətən 21-27 yaşlar arasında olan, ilk dəfə ailə quran gənclərdə rast gəlinir.Bundan başqa ən çox ananın yanında olan, onun dedikləri ilə hərəkət edən, öz fikirləri olmayan, ananın seçimi ilə evlənən kişilərdə bu sindrom müşahidə olunur. Bu cür problemi olan bütün xəstələrdə seksual pozulmalar müəyyən olunmuşdur, əsasən vaxtından əvvəl boşalma onlarda müəyyən kompleks əmələ gətirir.
Sindromun səbəbləri:
Bunun dəqiq səbəbi məlum deyil, ancaq daha çox hormonlarla əlaqələndirirlər. Əldə edilən məlumatlara görə, ailədə yeni doğulacaq körpənin gəlişini gözləyən kişilərdə testesteron hormonu aşağı düşür və əksinə qadın hormonlarının əsasını təşkil edən estorogen, oksitosin və prolaktin isə artır. Südün artmasında mühüm rol oynayan prolaktin hormonunun kişilərdə yaranmasının nəyə lazım olduğu aydın deyil.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 10 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun en yeni xeberler siyaseti xeberler bugun novruz bayramı