Kişilərin zorakılığa məruz qalması halları çoxalıb - RƏSMİ
"Gender bərabərliyinin təminatları haqqında" Qanunun 20-ci maddəsinə uyğun olaraq cari ilin sentyabr ayında Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2022-ci ilə dair məlumat təqdim ediləcək.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, cari yarımil ərzində Komitə tərəfindən 6 müxtəlif mövzuda araşdırma və təhlil yekunlaşıb:
"Bunlardan birincisi ölkədə qohum evlilikləri üzrə vəziyyətin öyrənilməsidir. Daha sonra Azərbaycanda erkən uşaqlıq dövründə xidmətlərin əlçatanlığı və təminatı, "uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, miqyası, nəticələri və qarşısının alınması: qanunvericilik və onun tətbiqi praktikası", təhsil müəssisələrində rəhbər vəzifələrdə gender bərabərsizliyi, medianın intiharlara təsiri, erkən nikah hallarıdır".
Bahar Muradova əlavə edib ki, kişilərin də son dövrlər zorakılığa məruz qalmaları barədə müraciətləri çoxalıb. Onlar zorakılığa məruz qaldıqları barədə məlumatları aidiyyəti qurumlara bildiriblər. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi