KİV: Ermənistan Hindistandan daha geniş çeşiddə hərbi məhsullar almağa çalışır

KİV: Ermənistan Hindistandan daha geniş çeşiddə hərbi məhsullar almağa çalışırErmənistan müdafiə tədarükü strategiyasını genişləndirir, Hindistandan daha geniş çeşiddə hərbi məhsullar, o cümlədən qabaqcıl PUA-lar və orta mənzilli raketləri almağa çalışır.
KONKRET.az xəbər verir ki, bu barədə "Indian Defense Research Wing" portalı məlumat yayıb.
Qeyd olunub ki, Ermənistan artıq "Akash 1S" hava hücumundan müdafiə sistemini alıb, Hindistan və İsrailin birgə əməkdaşlığı nəticəsində hazırlanmış MR-SAM orta mənzilli raketlərini, "Akash-NG" orta mənzilli hava hücumundan müdafiə sistemlərini əldə etmək imkanlarını müzakirə edir.
"Hindistan gələn il başlanılması gözlənilən "Akash 1S" sisteminin tədarükünə hələ başlamayıb. "Akash 1S" 30 km-ə qədər məsafədə təyyarələri vura bilən müasir hava hücumundan müdafiə sistemidir, havadan gələn təhlükələrdən etibarlı müdafiəni təmin edir. Ermənistan "Akash 1S"dən başqa daha iki raket əleyhinə müdafiə sisteminə maraq göstərib. Hindistan və İsrailin birgə əməkdaşlığı nəticəsində hazırlanmış MR-SAM artıq istehsaldadır və effektivliyini sübut edib. "Akash" raketinin təkmilləşdirilmiş versiyası olan "Akash-NG" isə hələ də Hindistan Ordusu və Hərbi Hava Qüvvələrindən onun gəlişini 2-3 il gecikdirə biləcək əmrləri gözləyir", – IDRW portalı qeyd edir.
IDRW mənbələrinin bildirdiyinə görə, "Akash 1S" sisteminin tədarükü başladıqdan sonra Ermənistan müdafiə tələblərini təmin etmək üçün "MR-SAM" və "Akash-NG" sisteminin hərtərəfli texniki qiymətləndirilməsini keçirməyi planlaşdırır.
"Bu qiymətləndirmələrə əsasən, "MR-SAM" və "Akash-NG" ilə bağlı qərar veriləcək", IDRW portalı qeyd edib. (Apa)

Siyasi       Tarix: 18 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbərlər oxu.az xeberler bugünkü son xəbərlər son xeberler azerbaycan