KİV: "Tramp ittiham olunarsa, əlləri qandallanmayacaq"
ABŞ-ın keçmiş prezidenti Donald Trampa Nyu-Yorkun Cənub Dairə Məhkəməsində cinayət işi açılsa belə, o, ictimaiyyət qarşısında qandallanmayacaq və həbs edilməyəcək.
KONKRET.azxəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, ittiham irəli sürüləcəyi təqdirdə, Trampın barmaq izi alınacaq, cinayət işi üçün fotoşəkili çəkiləcək, lakin statusuna görə keçmiş prezident ABŞ Məxfi Xidmətinin nəzarəti altında qalacaq və əli qandallanmayacaq.
Agentliyin məlumatına görə, Trampa qarşı irəli sürülə biləcək ittihamlar ağır cinayətlər kateqoriyasına aid olmadığından, onun saxlanılması məsələsi qaldırılmayacaq.
Qeyd edək ki, Tramp martın 18-də "Truth Social" sosial şəbəkəsində Nyu York Şəhər Prokurorluğunun onu martın 21-də həbs etməyə hazırlaşdığını bildirib və tərəfdarlarını etiraz nümayişləri təşkil etməyə çağırıb.
Məlumata görə, 2016-cı il prezident seçkiləri zamanı siyasətçinin vəkili Maykl Koen keçmiş porno aktrisa Stormi Danielsə 2006-cı ildə Trampla əlaqəsi olduğu iddiasını geri götürmək üçün 130 min dollar ödəyib.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir