KİV: "Twitter" saxta məlumatlara qarşı mübarizə aparan əməkdaşlarını işdən çıxarıb"
Məzmun moderasiyası ilə məşğul olan və yalan məlumatların yayılması ilə mübarizə aparan "Twitter" əməkdaşları irimiqyaslı ixtisara düşüb.
KONKRET.azxəbər verir ki, bu barədə "NBC" telekanalı şirkətin keçmiş işçilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, "Twitter"də tendensiyaların istiqamətinə nəzarət edən, həmçinin şəbəkənin normal fəaliyyətini təmin etməyə cavabdeh olan komandalarda çox sayda insan işdən çıxarılıb.
Şirkətin iki keçmiş əməkdaşı bildirib ki, bu strukturlardakı ixtisarlar ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində xaosa səbəb ola bilər.
İxtisarlar sosial şəbəkədə qadağan olunmuş məzmunun, o cümlədən nifrət və istifadəçilərin təhqiri ilə bağlı paylaşımların yayılmasının qarşısını almağa çalışan bir çox insana təsir edib.
Bundan əlavə, şirkətdə dezinformasiyaya təkzib verən sosial media kuratorlarından ibarət komanda artıq yoxdur.
Qeyd edək ki, "Twitter"də işçilərin ixtisarı başlayıb. Mənbələrin məlumatına görə, cümə günü səhər saatlarında şirkətin marketinq, ictimaiyyətlə əlaqələr, süni intellekt sistemlərinin işinin monitorinqi, məlumatların etibarlılığının yoxlanılması üzrə məsul işçiləri işdən çıxarılma barədə bildirişlər alıb.
Ümumilikdə şirkətin 7,5 minə yaxın işçisi var. "The New York Times" yazır ki, ixtisar artıq müxtəlif region və ölkələrdəki "Twitter" işçilərinə təsir edib.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü