Kiviryan: "Bundan sonra bizim üçün daha çətin olacaq"
" class="imgbcode" />"Ruslar bizə açıq mətnlə deyirlər ki, artıq öz mövqeyimizi dəqiqləşdirməliyik. Üstəlik, bu müraciət təkcə hakimiyyətə deyil, xalqa da ünvanlanıb".
KONKRET.azxəbər verir ki, bunu "Ermənistan xəbərləri"nin müxbirinə müsahibəsində politoloq Arqişti Kiviryan deyib.
"Rusiya bir vaxtlar Ukraynanı belə vəziyyətə salmışdı, bunun necə bitdiyini hamımız gördük. Yəni xalq öz hakimiyyətinin apardığı siyasətə şərikdirsə, o zaman o da məsliyyət daşıyır. Rusiya bu sualları ilk dəfə qaldırmır, sadəcə olaraq ritorika sərtləşir. Rusiya Ukrayna məsələsini həll etdikdən sonra bu regiona üz tutsa, bizim üçün daha çətin olacaq. Putin son sözü deyəcək və bu, son olacaq. Bu dövrdə ruslar hələ ki, xəbərdarlıq edir. Demək olar ki, eyni vəziyyət 1918-1920-ci illərdə Ermənistanda olub. Həmin illərdə ruslar ermənilərə 2 il xəbərdarlıq etmişdilər. Üstəlik, 1920-ci illərdə daha sərt ritorika ilə. Sonra isə Ermənistan hakimiyyəti inadla vəziyyəti dərinləşdirmək istəmədi. İndi mövcud hakimiyyət vəziyyəti başa düşmək istəmir və Moskvanın simasında çox qəddar düşmənlə rəqiblərimizin sayını artırır", – Kiviryan bildirib.
O, Rusiyanın Nikol Paşinyanın "meymun siyasətindən" bezdiyini vurğulayıb. "Hər şeyi aydınlaşdırmalı və açıq şəkildə söyləməliyik. Yoxsa baş verə biləcək pis hadisələrin yükünü erməni xalqı çəkməli olacaq", – deyə ekspert fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"