Kiyevin Kreml ilə danışıqlara hazır olması NATO-nun sonudur? - ƏTRAFLI
"Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə danışıqlara hazır olması NATO-nun parçalanmasına işarə edir".
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin "Cümhuriyyət" qəzetinin köşə yazarı Barış Doster yazıb.
"Gözlənilən nəhayət baş tutdu. ABŞ-ın Ukraynanı Rusiya ilə danışıqlara qaytarmaq üçün təzyiqləri öz bəhrəsini verdi. Ukrayna Prezidenti Rusiya ilə danışıqlara açıq olduğunu və bunun üçün bir neçə şərt irəli sürdüyünü bildirib. Bu bəyanat təkcə Ukraynanın cəbhə xəttindəki mövqeyi haqqında təsəvvür yaratmır, həm də Şimali Atlantik Alyansın parçalanmasına işarə edir", – jurnalist yazıb.
Onun sözlərinə görə, ABŞ müttəfiqləri üzərində əvvəlki kimi təsir gücünə malik deyil:
"Ukrayna-Rusiya müharibəsi bunu bir daha nümayiş etdirdi. Almaniya ABŞ-ın etirazlarına baxmayaraq, Rusiya və Çinlə münasibətləri yaxşılaşdırmaq niyyətindədir. Şimali Koreyadan İrana, Suriyadan Kubaya qədər bir çox dövlət ABŞ-a müqavimət göstərir. Şanxay Əməkdaşlıq Təşkilatı genişlənir. ABŞ-ın Səudiyyə Ərəbistanı ilə neft hasilatına görə yaşanan gərginlik və əks reaksiyalar hamıya məlumdur. Unutmayaq ki, Niderland Rusiyaya qarşı sanksiyaları ləğv edib".
Köşə yazarı qeyd edib ki, ABŞ-ın dünyaya nizam-intizam və yeni qaydalar tətbiq etmək gücü yoxdur.
Bundan əvvəl "Politico" qəzeti yazıb ki, ABŞ administrasiyası Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü ilə bağlı bəndi dialoqa başlamaq üçün şərtlər siyahısından çıxarmağa məcbur edib. Nəşr qeyd edib ki, bazar ertəsi Zelenski Moskva ilə danışıqlara başlamaq üçün beş şərt sadalayıb, onların arasında Putinlə danışıqların mümkünsüzlüyündən bəhs edilməyib.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü