Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb

Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıbMəlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib.
azxeber.com xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalı olduğu qeyd olunub.
Həmçinin bildirilib ki, müəllimlərin geyimi mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda (fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı tədris məşğələsinin xarakterinə və iş şəraitinə uyğun funksional və rahat geyimlərdən istifadə edilməsi istisna olmaqla) olmalıdır.
Kişi təhsilverənlər üçün:
- sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar);
- uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək;
- təhsilverənin öz istəyi ilə qalstuk, habelə köynəyin üzərindən geyinilən klassik üslubda sviter, pulover və ya jilet;
- klassik ayaqqabı.
Qadın təhsilverənlər üçün:
- sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar, pencək və ətək və ya pencək və don); 
- uzunluğu diz xəttində və ya dizdən aşağı olan ətək və ya don;
- uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək və ya kofta;
- klassik ayaqqabı.
Geyimin ölçüsü və forması müəllimin əmək funksiyasının icrasına mane olmamalıdır.
Müəllimlərin əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbin işgüzar mühitinə, pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin bu Tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən (geyim elementlərindən) istifadə etməsinə yol verilmir.

Sosial       Tarix: 07 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yen

Ombudsman aparatında yoxlama - 12 min manat maaş məsələsi gündəmdə

Hesablama Palatası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) aparatının və regional mərkəzlərinin dövlət vəsaitindən və digər dövlət əmlakının istifadə etməsi ilə bağlı yoxlamalar aparıb. Bu barədə Palatadan bildirilib

Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır

Azərbaycanla Qazaxıstan arasında "Transxəzər Fiber-Optik Rabitə Xətti"nin oktyabr ayında istifadəyə verilməsi planlaşdırılır. Bu barədə Qazaxıstanın rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib. Tərəflər artı

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyə

Azərbaycanda sanatoriyada meyit tapıldı

Naftalanda sanatoriyadan meyit tapılıb. -a istinadən bildirir ki, hadisə şəhərdə yerləşən sanatoriyalardan birində qeydə alınıb. Meyiti tapılan şəxsin Özbəkistan Respublikasının vətəndaşı, 69 yaşlı Zufarof Mahmudoviçdir

Prezidentdən Jalə Əliyeva ilə bağlı - Sərəncam

Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Jalə Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətin

Huşunu itirənlər, dava edənlər, kabinə girən sərnişinlər… – Təyyarələrdə yaşanan qeyri-adi hadisələr

Xəbər verdiyimiz kimi, Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsində uçuş zamanı pilotlar arasında insident baş verib. Belə ki, təyyarənin ikinci pilotunun kapitana hücum etdiyi və hava gəmisini

Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in Mətbuat xidmətində

Zəhərli insanı bir söz demədən yerində oturtmaq üçün 5 psixoloji üsul

Zəhərli insanlarla ünsiyyətdə ən güclü mövqe mübahisədə qalib gəlmək deyil, öz davranışınıza nəzarəti qorumaqdır. Zəhərli insan hər zaman açıq şəkildə münaqişə yaratmır. Bəzən bir neçə xoşagəlməz söz, nümayişkaranə baxı


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun 2026 cəbhədən son xəbər bu gune olan xeberler xəbər