Bu yol 7 saat bağlı olacaq
Noyabrın 21-də saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaq.
azxeber.com xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.
Qurumdan bildirilib ki, bununla əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək.
"Sürücülər şəhərin mərkəzindən Hava limanı istiqamətinə alternativ yol olaraq metronun "Koroğlu" stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavar Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı "8 Noyabr" prospektindən Zığ şosesinə keçməklə də hərəkət edə bilərlər.
Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən yaranacaq məhdudiyyətlə əlaqədar olaraq hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi və nəqliyyat vasitələrinin müvafiq istiqamətlərə yönləndirilməsi məqsədilə xidmət təşkil ediləcək.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur",- məlumatda qeyd edilib.

Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA
Tural Əlizadəyə vəzifə verildi
Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz
Nənəmin təndiri'ndə yanğın oldu
Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik
Bu cərimələr 150 faiz artırılır
Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi
Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib
AVRO-2028: Rusiya millisi iştirak etməyəcək
Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA
Suares illər sonra sirri açdı: Messi ilə Neymarı fikrindən daşındırmağa çalışıblar
Mbappedən Arda ilə bağlı paylaşım
Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"