KOB İnkişaf Mərkəzi yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərir

KOB İnkişaf Mərkəzi yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərirAzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yeni sahibkarlıq subyektlərinin yaradılmasına dəstəyini davam etdirir.
Agentlikdən Milli.Az-a verilən məlumata görə, KOBİA-nın Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən yeni sahibkarlıq subyektlərinin yaradılması üçün biznesə başlamaqda maraqlı olan şəxslər müxtəlif təlimlərə cəlb olunur, onların potensialına uyğun müvafiq fəaliyyət sahəsi seçilir, fərdi sahibkarlıq subyektinin və ya məhdud məsuliyyətli cəmiyyətin (MMC) təsis olunması üçün sənədləşdirmə, qeydiyyat, maliyyə resurslarına çıxış və digər istiqamətlərdə dəstək göstərilir. 2020-ci ilin fevral ayında fəaliyyətə başlamış Xaçmaz KOB İnkişaf Mərkəzinin dəstəyi ilə indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda 4 fərdi sahibkarlıq subyekti və 5 MMC yaradılıb.
Yeni yaradılmış sahibkarlıq subyektləri xidmət, ticarət, tədris, kənd təsərrüfatı məhsullarının qablaşdırılması üçün tara istehsalı, məişət texnikasının onlayn satışı, süd məhsullarının sifarişlə çatdırılması, pomidor istehsalı və ixracı, gömrük təmsilçiliyi sahələrində fəaliyyət göstərirlər.
Qeyd edək ki, KOB İnkişaf Mərkəzləri sahibkarlıq subyektlərinin yaradılmasına dəstək göstərməklə yanaşı, biznesə başlamaq istəyənlərə, mikro, kiçik və orta sahibkarlara biznesin qurulması və inkişaf etdirilməsi üçün təlim və məsləhət xidmətləri təqdim edir, məlumatlandırma, əlaqələndirmə, maliyyə resurslarına çıxış və s. kimi istiqamətlərdə dəstək və xidmətlər göstərir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 04 sentyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda sou xeberler son xeber 2026 son xeberler bugun