KOB-lar üçün onlayn təlim platforması yaradılır
Startapların, mikro, kiçik və orta biznes subyektlərinin "ömür boyu öyrənmək" imkanlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən mütəmadi olaraq təlim, seminar, treninq və digər tədbirlər təşkil olunur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu ilin yanvar-sentyabr ayları ərzində KOBİA tərəfindən Bakıda və ölkə regionlarında yerli və xarici ekspertlər tərəfindən sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, peşə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə 16 təlim, 7 onlayn maarifləndirmə tədbiri, 6 seminar, 2 dəyirmi masa və digər maarifləndirici tədbirlər keçirilib. Biznesin inkişafı, korporativ idarəetmə, dövlət-özəl tərəfdaşlığı, maliyyə savadlığının atırılması, dövlət satınalmaları və s. mövzularda təşkil edilmiş tədbirlərdə 7 minə yaxın KOB subyekti iştirak edib.
Tədbirlərdə sahibkarlara nəzəri məlumatlarla yanaşı, müxtəlif müəssisə və təsərrüfatlarda praktik bilik və bacarıqlar təqdim olunub, biznes sahəsində uğur qazanmış iş adamları öz təcrübələrini bölüşüblər.
Hazırda KOBİA tərəfindən müasir dövrün tələblərinə uyğun onlayn təlim sisteminin yaradılması istiqamətində işlər aparılır. Onlayn platformada reallaşacaq bu sistem vasitəsilə həyata keçiriləcək maarifləndirmə tədbirləri biznes subyektlərinin fəaliyyətinin daha səmərəli təşkilində əhəmiyyətli olacaq.
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib