KOB mərkəzləri tərəfindən ödənişsiz xidmətlər barədə məlumat verilib
KOB mərkəzləri tərəfindən ödənişsiz xidmətlər barədə məlumat verilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı KOB İnkişaf Mərkəzi bank olmayan kredit təşkilatları (BOKT) ilə onlayn görüş keçirib.
KOBİA-dan verilən məlumata əsasən, görüş mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlığının artırılması və maliyyə resurslarına çıxışının yaxşılaşdırılması məqsədilə keçirilib.
Tədbirdə BOKT-larda KOB subyektlərinin maliyyə resurslarına çıxışı, KOB-lar üçün tətbiq edilən maliyyə alətləri və onlardan istifadə imkanları, kredit müraciətlərinə dair müasir tələblər və s. müzakirə edilib.
Onlayn tədbirdə KOB-ların maliyyə resurslarına çıxışının yaxşılaşdırılması üçün KOBİA-nın strukturuna daxil olan KOB inkişaf mərkəzləri tərəfindən ödənişsiz olaraq təqdim edilən xidmətlər barədə məlumat verilib, mərkəzlərdə təşkil edilən təlim və seminarların, biznes planın hazırlanmasına göstərilən dəstəyin, məsləhət, şəbəkələşmə və digər xidmətlərin KOB-ların maliyyə savadlığının artırılmasında və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində faydalı olduğu vurğulanıb.
Bakı, Sumqayıt və digər regionlarda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərində göstərilən xidmətlər KOB-larla yanaşı, kredit təşkilatlarının da işini asanlaşdıracaq və ölkə üzrə dayanıqlı, inkişafyönümlü sahibkarlıq xidmətlərinin artmasına dəstək olacaq.
Görüşdə banklarla yanaşı, BOKT-lar da KOB inkişaf mərkəzləri ilə sıx əməkdaşlığa dəvət edilib. /oxu.az
Xidmetler [newsid: 0-123300]

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR