KOBİA yanında İctimai Şuranın növbəti forumunda qida biznesi məsələləri müzakirə edilib - FOTO

KOBİA yanında İctimai Şuranın növbəti forumunda qida biznesi məsələləri müzakirə edilib - FOTOAzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın 2020-ci ildə keçirdiyi ilk forum qida biznesinə həsr edilib.
Milli.Az xəbər verir ki, agentliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, yanvarın 23-də "Qida biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda təşkil olunmuş forumda KOBİA-nın, Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və digər müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də qida sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.
Tədbirdə qida sektoruna dair aktual məsələlər, bu sahədə qanunvericiliyə edilmiş dəyişikliklər və görülən işlər, dövlət və özəl qurumlar arasında əməkdaşlıq müzakirə edilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb, biznes subyektlərinin təklifləri dinlənilib. Forumda səsləndirilən fikirlərin, rəy və təkliflərin aidiyyəti üzrə müvafiq qurumlara təqdim olunacağı qeyd edilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, qida sektorunda çoxsaylı sahibkarlar fəaliyyət göstərir. Təkcə 2019-cu ildə bu sahədə 10 mindən artıq sahibkarlıq subyekti qeydiyyatdan keçib. Bu sahədə biznesin düzgün və səmərəli təşkili qida təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Qida sektorunda biznesin səmərəli təşkili üçün KOB-ların bilik və bacarıqlarının artırılmasına, maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsinə, yerli istehsal olan qida məhsullarının satış və logistikasına diqqətin artırılmasına, dövlət dəstək mexanizmlərinin təşviqinə ehtiyac var.
Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov və Qida Təhlükəsizliyi Agentliyinin sədr müvaini Rüfət Rüstəmzadə çıxışlarında qida sahəsinin qeyri-neft sektorunun prioritet istiqamətlərindən olduğunu, bu sahədə son zamanlar həyata keçirilən tədbirlər, qanunvericiliyə edilmiş dəyişikliklər və layihələr barədə məlumat veriblər.
Həmçinin, forumda KOBİA-nın mikro, kiçik və orta sahibkarlara dəstək mexanizmlərinə dair video çarxlar nümayiş olunub.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlər keçirilir. 2019-cu ildə KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə müxtəlif mövzularda 6 forum keçirilib və belə tədbirlər 2020-ci ildə də davam etdiriləcək.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 23 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin


azerbaycan xeberleri son xeberler yeni xeberler meherremlik 2026 cəbhədən xəbərlər son xeber cəbhədən şad xəbər