Kollec təhsili sürətli ixtisaslaşma platformasına çevrilməlidir

Kollec təhsili sürətli ixtisaslaşma platformasına çevrilməlidirKollec təhsili sürətli ixtisaslaşma platformasına çevrilməlidir.
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov kollec təhsilinin müasir dövrdə rolu ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, kolleclər artıq yalnız keçid mərhələsi deyil, sürətli ixtisaslaşma platformasına çevrilməlidir.
Onun sözlərinə görə, son illər təhsil sistemi ilə bağlı müzakirələrdə əsas diqqət çəkən məsələlərdən biri əmək bazarının tələbləri ilə təhsil nəticələri arasında yaranan zaman fərqidir. O qeyd edib ki, bazar sürətlə dəyişir, lakin kadr hazırlığı bu tempə hər zaman uyğunlaşa bilmir.
Davud Davudov bildirib ki, bu baxımdan orta ixtisas təhsili müəssisələri – kolleclər bu boşluğu doldura biləcək ən uyğun platformadır. Onun fikrincə, uzun illər kolleclər daha çox universitetə keçid mərhələsi kimi qəbul olunub və bu yanaşma onların real potensialını kölgədə qoyub.
Direktor vurğulayıb ki, kollec təhsili öz mahiyyətinə görə qısa müddətdə konkret ixtisas qazandıran, çevik və nəticəyönümlü modeldir. Onun sözlərinə görə, müasir dövrdə gənclər üçün 4 il deyil, daha qısa müddətdə – təxminən 2 il ərzində ixtisas sahibi olmaq mühüm üstünlükdür.
O əlavə edib ki, bu model gənclərin əmək bazarına daha tez daxil olmasına şərait yaradır və bu, həm fərdi inkişaf, həm də iqtisadi aktivlik baxımından əhəmiyyətlidir.
Davud Davudovun sözlərinə görə, kolleclərin bu yanaşması işəgötürənlər üçün də əlverişlidir. Belə ki, müəssisələr daha qısa müddətdə ilkin peşə bacarıqlarına malik kadrlar əldə edə bilirlər. Bu isə biznes subyektlərinin daha operativ fəaliyyət göstərməsinə imkan yaradır.
O həmçinin qeyd edib ki, praktik bacarıqlara malik gənclərin iş tapmaq imkanları daha geniş olur və bu model həm iş axtaran, həm də işəgötürən üçün qarşılıqlı faydalı nəticələr yaradır.
Direktor diqqətə çatdırıb ki, cəmiyyətdə kolleclərlə bağlı mövcud stereotiplər də dəyişməlidir. Onun fikrincə, kollec təhsili alternativ yox, məqsədli və effektiv seçim kimi təqdim olunmalıdır.
Sonda Davud Davudov vurğulayıb ki, bu istiqamətdə uğur əldə etmək üçün tədris daha praktik yönümlü qurulmalı, işəgötürənlər isə təhsil prosesində daha aktiv iştirak etməlidirlər. / azxeber.com

Sosial       Tarix: 15 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu

Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, VAZ-2107 və BMW markalı minik avtomobilləri toqquşub. Qəzanın başvermə səbəbi, xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT

Bu ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçü

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır. Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsus

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Əhaliyə bəd xəbər - Bu məhsullar bahalaşdı

Azərbaycanda istehlak qiymətləri 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. yenisabah-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabr aylarınd

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun en sonxeber bugun xeberler kriminal bugun