Komitə sədri: Naxçıvanda mülki obyektlərin vurulması açıq terror aktıdır

Komitə sədri: Naxçıvanda mülki obyektlərin vurulması açıq terror aktıdırXəbər verdiyimiz kimi, Azərbaycan İranda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin əməkdaşlarını ölkədən çıxarmağa başlayıb. Qərara əsasən, Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunda çalışan diplomatik heyətin evakuasiyası həyata keçirilir. Hazırda proseslə bağlı müvafiq tədbirlər görülür və bu istiqamətdə işlər davam etdirilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev azxeber.com-a açıqlamasında deyib ki, İranın Naxçıvanı vurması molla rejiminin nankorluğunun göstəricisidir:
"İranın Naxçıvanı vurması molla rejiminin riyakarlığının və nankorluğunun göstəricisidir. Bu addım beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət isə daim qonşuluq prinsiplərinə sadiq qalıb. Azərbaycanın ərazisindən heç bir ölkəyə qarşı təhlükə yaranmayıb. Azərbaycan heç vaxt ikili və riyakar siyasət yürütməyib. Dövlətimizin əsas prinsipi ərazi bütövlüyünün və suverenliyinin qorunması, həmçinin vətəndaşlarımızın rifahının təmin olunmasıdır. Naxçıvan ərazisində mülki obyektlərin hədəf alınması isə açıq şəkildə terror aktıdır".
Parlamentari qeyd edib ki, Naxçıvan ərazisinin vurulması təsadüfi deyil:
"Naxçıvanın hədəf seçilməsi onun coğrafi mövqeyi ilə bağlıdır. Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşən bölgədir və üç ölkə -Azərbaycan, Türkiyə və İran ilə həmsərhəddir. Buna görə də Naxçıvan regionun ən həssas nöqtələrindən biri hesab olunur. Naxçıvan Azərbaycan və Türkiyə arasında quru sərhəd vasitəsilə Bakı-Ankara strateji xəttinin mühüm hissəsidir. Eyni zamanda, Naxçıvan mühüm logistik infrastruktura malikdir. Buradakı hava limanı regiona həm hərbi, həm də humanitar yüklərin çatdırılması baxımından əhəmiyyətli imkanlar yaradır".
Səfirliyin geri çağrılması Azərbaycanın İrandakı diplomatik fəaliyyətini tam dayandırması demək deyil:
"Diplomatik nümayəndəliklərin təhlükəsizliyi hər bir dövlət üçün son dərəcə mühüm və prioritet məsələdir. Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun evakuasiyası ilə bağlı hazırlıq tapşırıqlarının verilməsi də məhz bölgədə təhlükəsizlik vəziyyətinin gərginləşməsinin nəzərə alınması ilə bağlıdır. Belə qərarlar adətən operativ risk qiymətləndirilməsi əsasında qəbul edilir. Müharibənin davam etməsi ciddi problemlər yarada bilər. Bu addımın əsas məqsədi diplomatik heyətin və vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsidir. Lakin bu, Azərbaycanın İrandakı diplomatik fəaliyyətini tam dayandırması demək deyil. Sadəcə, mövcud şəraitdə ölkəmiz təhlükəsizlik məsələlərinə üstünlük verir. Regionda vəziyyət sabitləşdikdən və İran-Azərbaycan münasibətləri çərçivəsində müvafiq danışıqlar aparıldıqdan sonra diplomatik nümayəndəliklərin fəaliyyəti yenidən bərpa oluna bilər".
Şahanə Ziyad

Siyasi       Tarix: 06 mart 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünki xəbərlər xəbər.az sonxəbərlər sou xeberler