Komitə sədri onları Heydər Əliyevin məzarı önündə təzim etməyə çağırdı

Komitə sədri onları Heydər Əliyevin məzarı önündə təzim etməyə çağırdı Komitə sədri onları Heydər Əliyevin məzarı önündə təzim etməyə çağırdı
"1991-ci ildə Heydər Əliyev Milli Məclisin binasına daxil olanda ümummilli liderin hesabına karyera qazanan qocaman bir deputat irəliyə çıxıb etiraz etdi. Bax, bu salonda mənəvi ustadına dönüklüklə dedi ki, iki dövrün qəhrəmanı olmaq mümkün deyil! Söhbət, əlbəttə, Sovet İttifaqı və müstəqil Azərbaycanın bir-birindən fərqli formasiya olmasından gedirdi. Lakin Heydər Əliyev sübut etdi ki, millətinə xidmət edərkən hansı ideoloji quruluşa mənsub olmağın heç bir fərqi yoxdur. Yetər ki, sənin böyük idealların olsun!"
Oxu.Az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, 1993-cü ilin 15 iyununda Azərbaycan Heydər Əliyevin əli ilə xilas olundu.
"Ötən 27 ildə milyonlarla insanımız bu haqda danışır, yazır, göstərir. O vaxtlar hələ "Daş yuxular"ı görməyən və Prezident sarayında - rəhbər qarşısında birinci şəxsə xeyli təriflər yağdıran yazıçı Əkrəm Əylisli böyük hərflərlə yazırdı ki, Azərbaycan "xaos diktaturası"ndan xilas oldu", - deyə Z.Oruc əlavə edib.
Deputatın fikrincə, indi həmin əsəri tapıb yenidən çap etmək lazımdır: "Gerçək tarix və əlyazmalar yanmasın!"
Komitə sədri deyib ki, AXC hakimiyyəti kiçik bir əyalətə çəkilib, dövləti öz sahibinə qaytardı:
"Əbülfəz Elçibəyin bütün həyatı boyunca, məcburən də olsa, ən düzgün addımı məhz bu qərarı olmuşdu. Lakin Heydər Əliyevin Bakıya qayıdışı təkcə 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycanı deyil, 1918-ci ildəki Cümhuriyyətimizi, üçrəngli bayrağımızı, Demokratik Respublikanın qurucu liderləri olan Rəsulzadəni, Xoyskini, Topçubaşovu da xilas etdi.
Ən sonda indi sağ qaldıqları üçün böyük liderə borcunu onun ruhu ilə döyüşməklə qaytaran Elçibəy ardıcıllarını da ölümdən qurtardı.
Komitə sədri qeyd edib ki, 1993-cü ilin iyun hadisələrinin baş qəhrəmanı Surət Hüseynov 27 illik susqunluqdan sonra indi müsahibə verir. Millət vəkili söyləyib ki, S.Hüseynov onu hərbi qəhrəmandan xalq düşməninə çevirən demokratlara qəzəbini yağdırır, onları öz adı ilə çağırır:
"Adam bir anlıq düşünür ki, nə yaxşı, AXC iqtidarı minlərlə vətəndaşımız kimi Ermənistana əsir düşməyib. Yoxsa, tarixdə olduğu kimi, onları hansı adla çağırardılar? Məğlubiyyətlərini qələbə, faciələrini nailiyyət kimi təqdim edən qüvvələrin Heydər Əliyevin hakimiyyətə gəlişinə nəzəri olaraq mane olmaq imkanları vardı. Bundan ötrü bircə yol mövcud idi - dövləti qurmaq və qorumaq. Lakin ilahi ədalət o missiyanı Heydər Əliyevə nəsib etdi.
Rəsulzadə və silahdaşları dövləti qurmaq istəyirdilər, gücləri çatmadı, Elçibəy istəyirdi dövlət qursun, bacarmadı. Heydər Əliyevsə gəldi, gördü və qurdu! Bax, bu salon şahiddir ki, məhz xalqın qəzəbi və nifrəti qarşısında 13 iyun 1993-cü ildə istefaya getməyə məcbur olan İsa Qəmbər, həqiqətən Elçibəyin varisidirsə, gedib ulu öndərin qarşısında təzim etməlidir. Çünki Heydər Əliyev Xalq Cəbhəsinin rəhbərlərini təkcə polkovnik Surət Hüseynova girov düşmək təhlükəsi və rüsvayçılığından qurtarmamışdı.
Eləcə də, Elçibəyin dəfn törəninə qatılıb böyük patriarxa xas müdrikliklə özünü ona siyasi rəqib sayanlardan yerlə-göy qədər uca olduğunu nümayiş etdirmişdi. Qoy indi Elçibəyin davamçıları gedib Fəxri Xiyabanda öz borclarını qaytarsınlar".
Aqşin Kərimov

Siyasi       Tarix: 14 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər kriminal xeber cəbhədən son xəbərlər cebheden xeber