Komitə sədri vətənpərvərliklə bağlı qanun layihəsi barədə DANIŞDI
Komitə sədri vətənpərvərliklə bağlı qanun layihəsi barədə DANIŞDI
"Vətənpərvərlik tərbiyəsi ilə bağlı" qanun layihəsi hazırlanır.
Oxu.Az-ın məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev məlumat verib.
O bildirib ki, Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələr parlamentin qarşısında böyük vəzifələr qoyub və onlardan biri də gənclərin milli ruhda, vətənpərvərlik ruhunda yetişdirilməsi ilə bağlıdır.
Deputat diqqətə çatdırıb ki, xüsusən Vətən müharibəsi zamanı vətənpərvər gənclərimizin döyüş şücaəti sayəsində əldə olunan Şanlı Zəfər fonunda komitənin müzakirəsinə çıxarılan "Vətənpərvərlik tərbiyəsi ilə bağlı" qanun layihəsinin hazırlanması məsələsi xüsusi aktuallıq kəsb edir.
Komitə üzvləri Musa Qasımlı, İsa Həbibbəyli, Aqiyə Naxçıvanlı, Eldar Quliyev, Kamilə Əliyeva, Ceyhun Məmmədov, Etibar Əliyev, Anar İsgəndərov, Fatma Yıldırım, Şahin Seyidzadə gənc nəslin milli ruhda böyüməsinin və onlara vətənpərvərliyin aşılanmasının qanunvericilikdə təsbit olunması ilə bağlı fikirlərini səsləndiriblər.
Deputatlar müasir dövrdə gənclərin xarici təsirlərdən qorunmasının, tarixi, milli dəyərlərə və dövlətçiliyə sadiqlik ruhunda yetişdirilməsinin vacibliyini qeyd edərək bu məsələnin əhəmiyyətindən danışıblar.
Aqşin Kərimov
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
Aİ Navalnının ölümü ilə bağlı 6 rusiyalı alimə sanksiya tətbiq etdi
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Xorvatiyanın qolu niyə ləğv edilib? – FİFA
Rusiyaya səfər öncəsi Paşinyandan diqqətçəkən açıqlama: Görün hansı mesajları verdi
Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir
Coratda 2 nəfər dənizdə batdı, biri qadındı
Qəzalar və "qaymaqlar": 5 il həbs aldı, amma... - ARAŞDIRMA
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşdi
"Fənərbaxça" Natan Akeni transfer edib
Yulian Naqelsmann Almaniya millisindən getdi
"Kəpəz"ə yeni rəhbər seçildi
Ərdoğan Meloni ilə danışdı