Kommunikasiyaların açılması məsələsini həll olunmuş hesab etmək olar - Paşinyan
Əgər Azərbaycan həqiqətən də regional nəqliyyat kommunikasiyalarının fəaliyyətində maraqlıdırsa və məsələdən "yeni eskalasiya üçün bəhanə kimi istifadə etmirsə" o zaman kommunikasiyaların açılması və bərpası məsələsi həll olunmuş hesab edilə bilər.
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Mən də hesab edirəm ki, konkret həll yollarına getmək olar. Sadəcə olaraq bu istiqamətdə iş görmək lazımdır, görüş xatirinə görüşlər keçirmək yox. Belə bir fikir var ki, sammit görüşləri zamanı bizim çox vaxt bütün detallara varmağa vaxtımız olmur. Ona görə də ekspertlər səviyyəsində daha çox iş görmək variantına baxmaq lazımdır. O zaman bu işin nəticələri daha yüksək səviyyədə qeydə alınacaq, daha sonra isə ən yüksək səviyyədə yekun qərarlar qəbul ediləcək. Bu cür danışıq platformalarının formalaşdırılması gələcəkdə ən mühüm vəzifələrdən biridir və bu, bizə regionda uzunmüddətli və sabit sülhün bərqərar olmasına imkan verəcək" – deyə Paşinyan bildirib.
Günel Mikayılova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü